Cəmiyyət

Nadanlıq üzündən edilən xətaları bağışlayın

17 İyun 2017 19:10
0 Şərh     Baxış: 428

"Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə onlara "Salam olsun sizə! Rəbbiniz Özünə (bəndələrə qarşı) rəhimli olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini) düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır" de". ("Ənam" 54).

Nəql edilir ki, bir dəstə günahkar Peyğəmbərin (s) xidmətinə gəlirlər və deyirlər: "Biz çoxlu günah etmişik". Həzrət Peyğəmbər (s) sükut edir və yuxarıdakı ayə nazil olur.
Bu ayə bəyan edir ki, İslam rəhbəri gərək hər bir imanlı insanı təbəqə və irqdindən asılı olmayaraq, özündən uzaqlaşdırmasın və günahkar insanları belə, qəbul etməlidir. Bu yolla onların tövbəsi üçün zəminə hazır olmuş olar.
Salamın mənası - zahiri və batini bəlalardan amanda qalmaqdır. Salam bəzən söz şəkilində olur ki, insanlar bir-birinə verirlər və müsəlmançılığın şüarı hesab olunur. Bəzən də əməldir ki, insan başqasının xatasını bağışlayar.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər insan nadanlıq üzündən günah edərsə, bağışlanar. Tövbə edəndən sonra Allahın rəhmətinə çatar. Ona görə də gərək günahkar insan Allahın rəhmətindən məyus olmasın.
İslam dini buyurur ki, İslam rəhbəri ilə insanların rabitəsi sevgi və məhəbbət üzərində olmalıdır.Rəhbər onlara salam verərək, onlara şəxsiyyət verər. Əslində Allahın sevgisini bəndələrinə elan etmiş olar. Onları Allah yoluna cəzb edər. Tövbə qapısını üzlərinə açar. (Həvzəh)
Bu mübarək ayədən çıxartdığımız nəticələr:
1. Allahın bağışlanma və əfv qapısı üzünüzə həmişə açıqdır.
2. Ey İlahi rəhbərlər! Allahın rəhmət müjdəsini insanlara çatdırın.
3. İnsanlarla sevgi ilə rabitə qurun.
4. Tövbə qapısı günahkarların üzünə açıqdır.
5. Nadanlıq üzündən edilən xataları bağışlayın.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.