Cəmiyyət

Sürücülərin nəzərinə: 120-lik zolaqda diqqətli olun - VİDEO

13 Avqust 2016 21:46
0 Şərh     Baxış: 6 236
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi, 120-lik zolaqda avtomobili yavaş sürənləri cərimələyəcək.

İdarənin bölmə rəisi Vaqif Əsədov bildirir ki, 120-lik yolda avtomobili minimum 100-lə idarə etmək lazımdır. Yol hərəkəti üzrə ekspertlər isə bunun üçün həmin zolaqlarda minimum sürəti göstərən nişanın quraşdırılmasının vacib olduğunu deyirlər. Amma görünən odur ki, ''4.7'' nişanı sürətli yolda heç bir zolaqda yoxdur.  

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki,  120-lik zolaqda avtomobili yavaş sürənlər cərimə ediləcək. Bu barədə ''Xəzər Xəbər''ə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. Bölmə rəisinin sözlərinə görə, əgər yolda 120 km/saat göstərilibsə, həmin zolaqda saatda 80-90 kilometr sürətlə sürmək olmaz. Həmçinin sürəti 80 km/saat göstərilən ərazidə isə 100-120 km/saat sürətlə hərəkət etmək qadağandır. Yolda qeyd edilən sürətdən az hərəkət etmək qəza şəraiti yaradır. Bu da Yol Hərəkəti Haqqında qanununda pozuntudur. Həmin pozuntuya əsasən, sürücü cərimələnə və ona qaydanı pozduğu üçün bal yazıla bilər.

Qeyd edək ki, Yol Hərəkəti Haqqında Qanunun 50-ci maddəsinin VI fəslin 2-ci bəndində nəzərdə tutulur ki, lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaqla qəza şəraiti yaranır.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, sürücüyə sol zolaqda aşağı sürətlə hərəkət etməsinə görə cərimə yazmaq qanunsuzdur.

Sözügedən məsələdə başqa bir məqam isə həmin zolaqlarda ''4.7'', yəni minumum sürəti göstərən nişanın olmamasıdır. Ekspert Ərşad Hüseynovun sözlərinə görə, əslində bu nişan yalnız yaşayış yerlərindən kənardakı ayrıca sürət zolağı olan yollarda olmalıdır. Əgər şəhərdaxili yollarda bu nişan yoxdursa, bu, qanun pozuntusu demək deyil.

Milli.Az

Videonu izləmək üçün klikləyin.

Sürücülərin nəzərinə: 120-lik zolaqda diqqətli olun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.