Ceyhun Bayramovdan "Top Ermənistandadır" mesajı
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "TRT World" telekanalına müsahibəsində deyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılması hər iki tərəfin böyük səylərinin nəticəsidir. O, deyib ki, tərəflər bu razılığa qədər çox böyük müzakirələr aparıb:
"Danışıqlar nəticəsində əsasən 12 sənəd layihəsi dəyişdirilib. Ancaq növbəti vacib addım bunları tamamlayacaq prosesin icrasıdır. İndi hər şey Ermənistan tərəfinin addımından asılıdır. Bəzi vaxtlar biz görürük ki, onların məsul şəxsləri yeni Konstitusiyanın qəbul ediləcəyi barədə açıqlamalar verirlər. Ancaq bununla belə nə kimi dəyişikliklərin olacağı, detallar bilinmir".
Sülh sazişinin icrasına dair hansı vacib proseslər gözlənilir?
Məsələ ilə bağlı Milli.Az-a siyasi şərhçi Kənan Novruzov açıqlama verib.
O bildirib ki, nazirin açıqlamasında ən diqqətçəkən bundan sonrakı proseslərin Ermənistandan asılı olduğunu diqqətə çatdırmasıdır.
"Məsələ burasındadır ki, İkinci Qarabağ müharibəsi və birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycanın regionda terrora son qoymasından, ərazi bütövlüyünü təmin etməsindən sonra bölgədə yeni reallıqlar yaranıb. Rəsmi Bakı bu reallıqların müəllifidir. Yeni "oyun qaydaları" Cənubi Qafqazda sülhün təmin olunmasını zərurətə çevirir. Azərbaycan qalib tərəf olmasına baxmayaraq, sülh təşəbbüsü ilə çıxış edib. Bu gün rəsmi Bakı regionda sülhün və əməkdaşlıq mühitinin təmin olunması bütün imkanlardan istifadə edir. Azərbaycan daimi sülhdə maraqlıdır. Bunun üçün konkret və qarşı tərəfə çoxdan məlum olan şərtlər var. Həmin əsas şərtlər bunlardır. Birincisi, Ermənistan Azərbaycan qarşı ərazi iddialarından imtina etməli və bunu konstitusiya səviyyəsində təsdiqləməlidir. Çünki Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının davam etdiyi bir vaxtda sülh sazişinin imzalanması o deməkdir ki, rəsmi İrəvan gələcəkdə qanunvericiliyə istinad edərək revanşa cəhd edə bilər. Bu, Bakının maraqlarına uyğun deyil.
İkincisi, ATƏT-in Minsk Qrupu ləğv edilməlidir. Çünki bu qrupun işi keçmiş Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsini ləğv etmək idi. İndi nə belə bir konflikt var, nə da Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi. Deməli, 30 il ərzində heç bir ciddi işlə məşğul olmayan Minsk Qrupuna da daha ehtiyac yoxdur.
Üçüncüsü, Ermənistan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının şərtini yerinə yetirməli, o cümlədən kommunikasiya xətlərinin açılmasına razı olmalıdır. Dördüncüsü, Ermənistan hərbi təxribatlarını dayandırmalı, konkret siyasi iradə və mövqe ortaya qoymalıdır. İrəvanın hazırkı qeyri-müəyyənliyi heç bir halda sülhə aparan yol ola bilməz. Çünki qarşı tərəf sözdə dediklərini əməldə təsdiqləyə bilmir. Bu isə Ermənistanın səmimiliyinə şübhə yaradır. Rəsmi Bakının şərtləri aydındır. Həm Ermənistan, həm də beynəlxalq ictimaiyyət onlara məlum olan bu tələblərin məntiqli və ədalətli olduğunu anlayır".
O həmçinin qeyd edib ki, Azərbaycan sülhlə maraqlıdır və bunun üçün çalışır. Amma indi sülh Bakıdan çox İrəvana lazımdır. Çünki Azərbaycan artıq ərazi bütövlüyünü təmin edib və balanslı, müstəqil xarici siyasət kursuna sahibdir.
"Ermənistan isə Qərblə Rusiya arasında siyasi poliqona çevrilib. Gələcəkdə Ukraynanın taleyini yaşayaraq hərbi poliqona da çevrilə bilər. Belə bir vaxtda rəsmi İrəvana ciddi təhlükəsizlik zəmanəti lazımdır. Bunun yeganə yolu isə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır. Ermənistan ən qısa zamanda bunu anlamalı və vaxtı uzatmaq əvəzinə, Bakının tələblərini yerinə yetirməlidir".
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
-
Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib - (Foto)
-
TƏHLİL Siyasi İslamın ixracı, kəşfiyyat xidməti – Türkiyə təşkilatlarına niyə yenidən baxılmalıdır?
-
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi
-
TDT Baş katibindən Azərbaycana təbrik
XƏBƏR LENTİ
-
Tramp İsrail xalqına müraciət etdi
-
Nizami rayonunda 2 gün su olmayacaq
-
Badamdar-"20-ci sahə" yolunda quraşdırılan nişan sürücülərdə narazılıq yaratdı - (Video)
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Çempionlar Liqası matçını buraxacaqlar
-
Türkiyədə konsert faciəsi - Ölənlər var
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
-
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
-
Azərbaycan gimnastları Dünya kuboku seriyalarının qalibi olublar - (Foto)
-
Biləsuvarda ağır qəzanın səbəbi arılar olub
-
Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib - (Foto)
-
Premyer Liqa: "Kəpəz" "Zirə" ilə heç-heçə edib
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var - (Foto)
-
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib
-
Batut gimnastikası üzrə Dünya kubokunda növbəti qızıl medal - (Foto)
-
Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - (Video)
-
Sumqayıtda tikilinin damında təmir işləri aparan şəxs xasarət alıb
-
Fransada aksiyalar zamanı saxlanılanların sayı 2 mini keçib
-
Messi bir oyunda iki rekord müəyyənləşdirdi
-
Bakıda ağır qəza: BMW və "Hyundai" toqquşdu, ölən var
-
İndoneziyada 5,3 maqnitudalı zəlzələ baş verib
-
Selcan Mahsudova batut gimnastikası üzrə Dünya kubokunun qalibi olub - (Foto)
-
Meteohəssas insanların diqqətinə
-
Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular





