Uşaq ölü doğuldu - Ailə həkimləri ittiham edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Zaqatalada doğuş zamanı körpə həyatını itirib.
Milli.Az xəbər verir ki, Muxax kənd sakini, 33 yaşlı Günel Əliyeva doğuş sancıları ilə xəstəxanaya yerləşdirilib və həkimlər tərəfindən təcili qeysəriyyə əməliyyatı aparılıb.
Əməliyyat zamanı dünyaya gələn oğlan uşağı ölü doğulub. Ailə bildirib ki, son müayinələrdə körpənin vəziyyəti normal qiymətləndirilib:
"Uzidə hər şey yaxşı qaydasında idisə, uşaq niyə dünyaya ölü gəlir? Bacımın ciddi problemi yox idi, Bakıda xəstəxanada yatdı hər şey qaydasında idi".
Baş verən hadisə ilə bağlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasından Milli.Az-a verilən məlumata əsasən, 20 aprel 2025-ci il tarixində, saat 08:50 radələrində 1992-ci il təvəllüdlü, Muxax kənd sakini 34 həftəlik hamiləliklə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
"Baş gəlişi, uşaqlıqda çapıq, idiopatik trombositpenik purpura diaqnozları təyin edilən qadın dərhal əməliyyata alınıb. Əməliyyat zamanı cinsi oğlan, çəkisi 2.700 qram, boyu 50 sm olan ölü döl xaric olunub.
Hazırda ananın vəziyyəti stabildir".
Qeyd edək ki, körpənin ölüm səbəbinin müəyyənləşdirilməsi üçün meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala şöbəsinə göndərilib. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
8 km bazarının yanında məqalələri yapon dilinə çap olunan alim kolbasa satır - (Foto)
-
Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Bəylə gəlinin bu addımı müzakirə yaratdı - (Video)
-
Nadir İsmayılov vəfat etdi
-
Qızılı çox olanlara pis xəbər
-
Balidə Azərbaycan və Ermənistan restoranı diqqət çəkdi - (Foto)
XƏBƏR LENTİ
-
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
-
Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Yenilənib
-
Rövşən Nəcəf, Arsen Venger və İnfantino "Sabah" - "Qarabağ" oyununu stadiondan izləyiblər - (Video)
-
"Sabah" - "Qarabağ" oyununda qolsuz bərabərlik
-
Deputatın oğlu hakim qardaşına görə başqa məhkəmədə mühakimə olunacaq
-
Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub
-
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
-
Donald Tramp: "Mənim əmim radarı ixtira edib"
-
Bakıda kafedəki qətldə təqsirləndirilənlər 4 aylıq həbs edildi - Yenilənib
-
Son 48 ildə ilk: İran ABŞ-dən təzminat aldı
-
Rusiyalı reper Mavaşi başından aldığı güllə yarasından öldü
-
Almaniya kəşfiyyatından yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi üsul
-
Tramp: "Mənə lazımi qiymət verilmir"
-
“Barselona” Diomandedən imtina edib
-
Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...
-
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
-
eputatın oğlu məhkəməyə belə gətirildi - (Video)
-
"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib
-
22 min insanı güllələdilər, Hitlerin üstünə atdılar – SSRİ-nin 1990-ci il NKVD etirafı
-
"İnci taneleri"nin aktyoru səssiz-sədasız evləndi - (Foto)
-
Bakıda ölümlə nəticələnən kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
-
Azərbaycanlı futbolçu İspaniyada oynayacaq
-
Xalidə Gözəl vəfat etdi
-
Rubio: Rusiya ilə bağlı bu qərar hamıya faydalıdır





