Sağlamlıq

Səhər, yoxsa axşam duş qəbul etməli?

22 Aprel 2025 08:08
Baxış: 564
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Günün müəyyən vaxtında duş qəbul etmək dərinin sağlamlığına və yuxunun keyfiyyətinə əhəmiyyətli təsir göstərə bilər.

Milli.Az xəbər verir ki, yalnız səhərlər duş qəbul etmək yataq əşyalarında bakteriyaların yığılmasına səbəb ola bilər ki, bu da dəri səpkiləri və qıcıqlanma riskini artırır.

İtaliyalı həkim Cüzeppe Araqona bildirir ki, axşamlar duş qəbul etmənin bir sıra üstünlükləri var. Belə ki, axşam qəbul edilən duş gün ərzində, xüsusən yay aylarında havada polen və kimyəvi maddələr çox olduqda, bədəndə yığılan allergenləri, çirkləri və tozu təmizləməyə kömək edir.

Amerikalı həkim Ceyson Sinqh də axşam duşunu tövsiyə edir. Bu, melatonin istehsalını stimullaşdırır və bədən temperaturunu tənzimləyir, yuxunun keyfiyyətinə müsbət təsir göstərir.

Quru dərisi olan və ya ekzema kimi dəri xəstəliklərindən əziyyət çəkən insanlar üçün də axşam duşu daha yaxşıdır. Bu, dərini nəmləndirməyə və gecə vaxtı onun sağlamlığını qorumağa kömək edir./oxu.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.