Ölkə

Bakının iki rayonu qazsız qalacaq

22 Aprel 2025 09:15
Baxış: 628
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pirallahı rayonununda qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni qurğular ilə əvəzlənməsi, Nəsimi rayonunda qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə 22.04.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan Milli.Az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Pirallahı rayonu üzrə Süleyman Bağırov və Fioletov küçələrinin, Nəsimi rayonu üzrə isə Ə.Qasımzadə, M.Topçubaşov, C.Məmmədquluzadə, H.Ələsgərov, N.Vəzirov, N.Yusifbəyli, Novruzov qardaşları, M.Sənani, Bakıxanov küçələrinin və Vaqif prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.