Sağlam qida

Damarları açır, ürəyi gücləndirir - Gündə iki qaşıq bəs edir

22 Aprel 2025 03:03
Baxış: 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qarabaş otu qədim zamanlardan bəri təbabətdə istifadə olunan, müxtəlif faydalı xüsusiyyətləri ilə tanınan bitkidir. Bu bitkidən hazırlanan qarabaş otu balı isə nadir tapılan, nanə təravəti ilə bütün ağız boşluğunu dolduran, xoş qoxulu və keyfiyyətli bal növüdür.

Milli.Az xəbər verir ki, qarabaş otu güclü antioksidant təsirə malikdir. Bu sayədə orqanizmdəki sərbəst radikallarla mübarizə apararaq hüceyrələrin zədələnməsinin qarşısını alır. Bu da həm qocalma prosesini ləngidir, həm də bədənin müxtəlif xəstəliklərdən qorunmasına kömək edir.

Bitki eyni zamanda iltihabəleyhinə təsir göstərir. Bu xüsusiyyəti ilə revmatizm, oynaq və əzələ ağrıları kimi hallarda dəstək ola bilər. Qarabaş otunun tərkibindəki bəzi maddələr immun sistemini də gücləndirir. Bu isə bədəni infeksiyalara qarşı daha dayanıqlı edir.

Qarabaş otu qan dövranını yaxşılaşdıraraq ürək-damar sistemini müsbət təsirlərlə dəstəkləyə bilər. Bəzi araşdırmalar göstərir ki, bu bitki stress və narahatlıq hissini də azalda bilir. Sakitləşdirici təsirə malik olduğu üçün zehni rahatlaşdırır.

Həmçinin həzm sisteminə də faydalı təsir edir. Qarabaş otu mədə problemlərinə qarşı təbii bir həll kimi istifadə oluna bilər.

Qarabaş otu balı damar sərtliyinin qarşısını alır, ürək damarlarını açır və ürəyi gücləndirir. Ağrıkəsici təsiri ilə əsəb gərginliyini azaldır, epilepsiya tutmaları və astma krizləri ilə mübarizədə də faydalı olur.

Mütəxəssislər bildirirlər ki, bu bal damarları "yuyucu toz ilə təmizlənmiş kimi" təsirlə təmizləyir. Gündə 2 qaşıq qəbul etmək kifayətdir. Qarabaş otu balı dəridən tutmuş, sidik yolları, ürək, qan dövranı və tənəffüs sistemi xəstəliklərinə qədər geniş təsir sahəsinə malikdir. Eyni zamanda immuniteti gücləndirir.

İsmayıl
Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.