Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün xəbərçi çərşənbədir?
1 Mart 2011 13:31
Baxış: 2 010
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Norvuz bayramına qədər 4 həftə qeyd olunan çərşənbələrlə bağlı yekdil fikir yoxdur və illərdir bu mübahisələr davam edir. Folklorşünasların, alimlərin fikirləri üst-üstə düşmədiyi kimi, el arasında da ən müxtəlif yozumlar, adətlər mövcuddur.
Bugünkü günün kimisi od, kimisi su çərşənbəsi olduğunu deyir. Hətta heç bir ünsürlə əlaqəli olmadığını iddia edənlər də var.
Professor Güllü Yoloğlu Milli.Az xəbər portalına verdiyi açıqlamasında bildirdi ki, bu gün nə od, nə torpaq, nə külək, nə də su çərşənbəsidir.
"Çərşənbələrə verilən adlar cəmrələrdir. Cəmrə od, istilik, Günəşdir. Yəni, bir ünsür üç ünsürü oyadır, onlara can verir və bu proses martın 6-da başa çatır. Bu il fevralın 20-də, kiçik çillə çıxan gün Cəmrə havaya baxdı. Fevralın 27-də suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın şaxının sınması, suların buzunun açılması, torpağa buğ verilməsi martın 6-da başa çatır. Halbuki çərşənbələr hələ davam edir", - G. Yoloğlu bildirdi.
Onun sözlərinə görə, ilin ikinci çərşənbəsi, yəni, bu gün xəbərçi çərşənbədir. Xalq arasında bu günə "Cıdırçı", "Müjdəçi", "Muştuluqçu" da deyilir. İlin üçüncü çərşənbəsi "qara çərşənbə" adlanır və xalq arasında "Ölü çərşənbəsi", "Qəbirüstü çərşənbə", "Ölülər bayramı", "Ata-Baba günü" kimi də tanınır.
Və ən son, dördüncü çərşənbə isə axır çərşənbədir ki, ona da el arasında "İlaxır çərşənbə" söylənir.
G.Yoloğlunun dediyinə görə, çərşənbələrə "od", "külək", "su" və "torpaq" kimi ünsürlərin adlarının qoyulması ənənəsi 1992-ci ildən başlanıb.
"Fevralın 22-də Xəzər Universitetində "Novruz çərşənbələri: tarixi kökləri və regional özəllikləri" adlı konfrans keçirdik. Konfransda bölgələrlə işləyən, tədqiqatlar aparan alimlər və etnoqraflar vardı. Sonda məlum oldu ki, çərşənbələrə dörd ünsürün adının verilməsi sırf siyasi məsələ olub. Qərara gəldilər ki, xalq çərşənbələrin birini ümumiyyətlə keçirmədiyindən, üçüncü çərşənbədə isə "ölü" adı olduğu üçün bu çərşənbələrə "bayram əhval-ruhiyyəsi" geydirmək gərəkdir və belə "diringi" adlar düşündülər. Əslində xalqımız çərşənbələrdən yalnız axırıncını bayram edib. Özü də axır çərşənbənin qutlanması Novruzun özü ilə müqayisədə belə, daha möhtəşəm olub. Yəni, buna başqa ad vermək mənasız cəhdlərdir", - G.Yoloğlu söylədi.
Onun sözlərinə görə, kabinet alimlərinin uydurduqları məsələləri xalqa sırımaq gərək deyil: "Çərşənbələrə dörd ünsürün adının verilməsini tullayın bir tərəfə".
Filologiya elmləri üzrə fəlsəfə doktoru Firidun Qurbansoy isə bu günkü çərşənbənin su çərşənbəsi olduğunu deyir: "Od, hava, su və torpaq ünsürləri bütün yaradılışın əsası sayılır. Kiçik çillədən 20 marta - Novruza qədər olan müddət 4 ünsürlə bağlı olaraq 4 ağır çərşənbəyə paylaşdırılıb. Od, su, hava və torpaq çərşənbələri. Əvvəlcə havaların qızması (od çərşənbəsi) ilə əlaqədar qarlar əriyib suya (su çərşənbəsi) dönür, sonra havada baharın təravəti duyulmağa (hava çərşənbəsi) başlayır və ardınca da torpaq oyanır (torpaq çərşənbəsi), ona atılan dəni cücərtmək qabiliyyətinə malik olur".
Orxan
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Sosial media asılılığa çevriləndə nə etməli? – Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayır
-
Yeniyetmələr sosial mediada niyə daha həssasdır? – Səhiyyə Nazirliyinin mütəxəssisindən açıqlama
-
İnternetdəki mənfi şərhlər depressiyaya qədər apara bilər – Səhiyyə Nazirliyinin mütəxəssisindən xəbərdarlıq
-
Naxçıvana uzanan diqqət və qayğının 17-ci ünvanı: Elmə, təhsilə və gələcəyə verilən dəyər
-
Uşaqlar yolu idman zalına çevirdi, valideynləri polisə çağırıldı - (Video)
-
Bu binanın sakinləri təhlükə içində yaşayır: Sürüşmə riski artır
XƏBƏR LENTİ
-
”Tarkanın Azərbaycan konsertindən sonra ulduz olmağa qərar verdim”
-
Azərbaycan kartof ixracından 30 milyon dollara yaxın gəlir əldə edib
-
Hava limanında 93 qutu dərman müsadirə edildi
-
“İbrahim Tatlışiş” restoranında kabab at ətindən bişirilirmiş
-
Lavrov bu ölkəni hədələdi
-
"Ukrayna İrandan üzr istədi"
-
"Qarabağ"da daha bir itki
-
"Doktorlar"ın Elası 17 il sonra ekranlara qayıdır - Bölüm başına 2 milyon alacaq
-
Fərhad Ələkbərov müdiri təyin olundu
-
Ronaldo Corcina ilə tanışlığından danışdı
-
Bu universitet müəllimlik oxuyan oğlan tələbələrə pul verəcək
-
Güclü külək əsəcək
-
Kiberpolis onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib - (Video)
-
Kişilərin içkilərinə dərmanlar qatıb öldürürdü - Cənubi Koreya bu qadından danışır - (Foto)
-
ÇL: “Sabah”ın oyununa hansı kanalda yayımlanacaq?
-
Azər Aydəmir: "8 yaşında atamı, 15 yaşında isə anamı itirdim" - (Video)
-
Acun Ilıcalı ilə məşhur aparıcı arasında qalmaqal
-
Poqba klubsuz qaldı
-
Sosial media asılılığa çevriləndə nə etməli? – Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayır
-
Kasko sığorta ilə bağlı yeni qaydalar? - (Video)
-
Ukraynanın yeni müdafiə naziri təyin edildi
-
Yeniyetmələr sosial mediada niyə daha həssasdır? – Səhiyyə Nazirliyinin mütəxəssisindən açıqlama
-
Elçin Quliyev ona polkovnik rütbəsi verdi - (Foto)