Cəmiyyət

Şagirdlərimizi elə kitabla öldürürlər - FOTO

24 Sentyabr 2015 18:15
5 Şərh     Baxış: 2 364
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yol hərəkəti qaydalarını orta məktəb şagirdlərinə öyrətmək əla təşəbbüsdür. Amma onu öyrədərkən səhvə yol verirsənsə, hesab et ki, uşağın ömrünü əlindən alırsan. 

Milli.Az oxucularından biri 2-ci sinfə aid "Həyat bilgisi" kitabından misal gətirir: "Yolu keçərkən 1. sağ (!) tərəfə baxırsan".

Azərbaycanda hərəkət istiqamətinin soltərəfli olduğunu nəzərə alsaq, oxucumuzun "əlavə"sini məntiqi saydıq: "Yolu keçərkən 1. sağ (!) tərəfə baxırsan, 2. Maşın səni vurur, yolu keçə bilmirsən!"

Bəlkə, bir az gözümüzü ovxalayaq, işimizə daha məsuliyyətlə yanaşaq, hörmətli naşir-müəllif-redaktor? Yoxsa siz də "qızıl milyard" səfsətəsinin tərəfdarısınız? 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.