Cəmiyyət

Azərbaycan təhsilindəki şok: "Ala, dibilsən?" - FOTO

22 Sentyabr 2015 09:38
54 Şərh     Baxış: 20 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyir ki, orta məktəb dərsliklərində uşaqlara münasib olmayan yetərincə mətnlər var.

"Məsələn, ibtidai siniflərdə tanınmış uşaq şairlərinin şeirlərini çıxarıb, yerinə nə bir mənası, nə bir əhəmiyyəti olan şeirlər salıblar. Texniki fənlər - riyaziyyat, fizika, kimya kimi fənlər üzrə dərsliklər daha çox rus kitablarından tərcümə olunur və yalnız adlar dəyişdirilir. Orta məktəblərin Azərbaycan dili bölmələrində xeyli bu cür problemləri sadalamaq olar".

"Birinci sinif riyaziyyat dərsliyində magistratura imtahanlarına düşən məntiq testləri", "küçə danışıqlarını yığıblar dərsliklərə", "Təhsil nazirimiz hara baxır?" və s. - bunlar sosial şəbəkə istifadəçilərinin dərsliklər haqda bildirdiyi fikirlərdən nümunələrdir.

Amma elə məsələlər də olur, kontekstdən çıxarılır. Məsələn, aşağıdakı parça:

"Həsən və Mehdi söhbət edir:
- Alə, axşam gedey gezmeye?
- Hara, brat?
- Nə bilim, çıxaruğ şəhərə, bir az mırt tutarığ.
- Ala, dibilsən? Camaatnan nə işimiz var? Bir də axşam hazırlıqlarım var. Allah haqqı, evdə məni nadayet eliyiblər. Oxu, oxu... Lap adamı təkərə salırlar eyy...
- Karoçi, gedirsən, getmirsən?
- Yox da, qırıl, dedim, dərsə gedirəm".

Bu, 8-ci sinif "Azərbaycan dili" dərsliyindən bir nümunədir. Bu, sosial şəbəkələrdə "bayağı danışığın şagirdlərə aşılanması" kimi təqdim edilir.

Halbuki Təhsil Nazirliyinin Tədris şöbəsinin müdir müavini Əsgər Quliyev deyir ki, elə həmin mətnin yanında eyni adamlar arasında dialoqun vulqar olmayan variantı verilib. Bununla şagirdlərə anladılır ki, "elə yox, belə danışmaq lazımdır".

Əsgər Quliyev dərsliklər haqda başqa tənqidlərlə də razılaşmır:

"Əvvəlki proqramda Ana dili dərslikləri "Ala-bula boz keçi", "Xoruz" şeirləri ilə başlayırdı. O dövr geridə qalıb. İndi dünya dəyişib. Məktəbdə uşağa "Xoruz", "Ala-bula boz keçi" şeiri ilə heç nə verə bilmərik. Dövr, zaman dəyişib".

Ələsgər Quliyev deyir ki, bəzən yazıçılar bayağı sözləri obrazların dilindən verirlər, bu da onların xarakterini açmaq üçün edilir: "Şagird də bunun mahiyyətini bilməlidir ki, nə üçün bədii ədəbiyyata gətirilir. İsmayıl Şıxlının "Dəli Kür" əsərində Cahandar ağanın dilindən verilən ifadə də tənqid olunurdu. Bu əsər Azərbaycan ədəbiyyatındakı sanballı əsərlərdəndir".

"Dəli Kür"dən olan sözügedən parçanın heç bir halda dərsliyə salınmasını münasib saymayanlar da var.

Azadliq.org

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.