Cəmiyyət

Abituriyentlərə 10 gün vaxt verildi

14 Avqust 2015 09:14
18 Şərh     Baxış: 1 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gündən 2015/2016-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlayır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ali məktəblərə qəbul olan şəxslərin qeydiyyatı avqustun 24-dək davam edəcək.
 
Qəbul olunan şəxslər göstərilən müddətdə qəbul olduqları ali təhsil müəssisəsinə müvafiq sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
 
Bu müddət ərzində qeydiyyatdan keçməmək qaydalara uyğun olaraq həmin şəxsin müvafiq ixtisasa yerləşdirilməsindən imtina kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.
 
Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 38763 abituriyent iştirak edib. Onlardan 32196 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.