Cəmiyyət

Bakıdakı 45 saylı orta məktəbdə biabırçılıq - YENİLƏNİB

30 İyun 2015 22:37
0 Şərh     Baxış: 90 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 45 nömrəli məktəbin ingilis dili müəllimi olan 50 yaşlı Ziyafət Nəbiyeva ilə 11-ci sinfi bitirmiş abituriyentin 50 saniyəlik videogörüntüsünün qalmaqal yaratdığı haqda məlumat vermişdik.

Milli.Az publika.az-a istinadən bildirir ki, hadisədə ittiham olunan tərəflərdən biri -11-ci sinif şagirdi deyib ki, bu barədə yayılan söz-söhbətləri yalnız sağlam düşünməyən insanlar yaya bilər:

"Mən Ziyafət müəllimə ilə yaxınam, ailəm onu tanıyır, o müəllimənin yanına hazırlığa getməyimi məktəbdən məsləhət görüblər. Əgər o, yaxşı müəllimə deyildisə, nə üçün mənə məsləhət görürdülər. Düzdür, mən Ziyafət müəllimə ilə çox yaxınam, amma onların düşündüyü kimi deyil, onu özümə ana kimi yaxın hiss edirəm. Hesab edirəm ki, bu, normaldır. Mənim müəllimə ilə söhbət etməyim, birlikdə yemək yeməyim müəllimə və şagirdlər arasında söz-söhbətə səbəb olmuşdu. Amma mən bunu heç vaxt ciddi qəbul etmirəm. Bu xəbərin yayılması mənim üçün önəmli deyil. Lakin müəllimənin işsiz qalması məni çox narahat edir. Bu, müəllimənin məktəbdən uzaqlaşdırılması üçün sadəcə bir bəhanədir. O videoya mən də baxmışam, orada heç nə yoxdur. Mən hər gün dərsə başlayanda müəllimə ilə görüşürəm. Ona görə də biz heç kimdən çəkinmirik və məlumatı da özümüz yaymışıq. Məlumat yayılandan sonra direktor mənə zəng edib, videonu Təhsil İdarəsinə apardığını deyib".

Xatırladaq ki, həmin görüntüdə sinifdə digər abituriyentlər də var. 50 saniyəlik videoda adıçəkilən abituriyent yaxınlaşaraq müəlliməni üzündən öpür.

Həmin videogörüntü əsasında məktəbin direktoru Nazilə Məmmədova Z.Nəbiyevanı şagirdə qarşı əxlaqsız hərəkətdə ittiham edir və onun məktəbdən uzaqlaşmasını tələb edir.

21:53

Bakının Nərimanov rayonunda yerləşən 45 nömrəli məktəbin birində sinif otağında müəllimə ilə şagirdin videosunun yayılması barədə məlumat daxil olub.

Milli.Az femida.az-a istinadən bildirir ki, həmin məktəbin 11-ci sinif şagirdi Məmmədova Nəzrinin (ad, soyad şərtidi) sözlərinə görə, sinif otağında ingilis dili müəlliməsi ilə onun gizli çəkilmiş videosu təqdim olunub. Şagirdin sözlərinə görə, məktəbin ingilis dili müəlliməsi ilə aralarında şagird müəllimə münasibəti olub. Məktəb direktorunun dediyinə görə, valideyinlərdən biri sinif otağına kamera quraşdırıb və onların görüntüsünü qeydə alıb.

Video görüntülərdə məktəbin şagirdi sinifə daxil olaraq, müəllimənin üzündən öpməsi əks olunub. Sonra digər şagirdlər otağa daxil olublar. Məktəblinin sözlərinə görə, onlara maraqlı olan məsələ odur ki, video qışda çəkilibsə, niyə bu gün yayılıb bu kadrlar. Şagirdin iddiasına görə, qeyd olunan videoda hansısa tərbiyəsiz görüntü yoxdur. Onlar bunu qəsdən ediblər ki, müəlliməni işdən çıxarsınlar.

Məsələ ilə bağlı məktəbin direktoru Nazilə müəllimə ilə əlaqə saxlanıb. Məktəb direktoru hadisə ilə bağlı bunları açıqlayıb:

"Qeyd etdiyiniz məsələni mənə dünən təqdim ediblər. Bir valideyn fləşkartda həmin videogörüntünü mənə təqdim etdi. Orada elə kadrlar var ki, mən onları sizə göstərə, yaxud deyə bilmərəm. Müəllimə öz günahını başa düşdü və işdən öz ərizəsi ilə çıxmasına razılaşdı. İndi mətbuata müraciət edirsə, bu onun özünə qarşı bir çıxış oldu. Mən bununla bağlı nazirliyə müraciət edəcəm.

Bəs kadrlar qışda çəkilibsə, indi niyə göstərilir? Sualına məktəbin direktoru belə cavab verdi:

"Mənə görüntüləri indi təqdim ediblər. Mən də məsələdən məlumat tutan kimi, tədbir gördüm. Müəlliməni otağıma çağırdım və ərizəsini yazmağı xahiş etdim."
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.