"İlon Maskın təyinatı Amerika dövlətinin sabitliyinə təhlükə yarada bilər" - Ekspert
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Amerikada İlon Maskın yüksək dövlət vəzifəsinə təyinatı ciddi risklərə səbəb ola bilər. Bunun ilkin işartısı olaraq Maskın 2 trilyon dollarlıq aqressiv ixtisar təklifləri gündəmə gəlib. Müxtəlif sahələrdə uğur qazanmış bir iş adamı olan Mask dövlət idarəçiliyi və sahibkarlığın fərqli bacarıqlar tələb etdiyini unuda bilər".
Milli.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, əksər ölkələrdə biznes sahəsində uğurlu idarəçilərin dövlət məmuru vəzifəsinə təyinatı gözlənilən nəticələri verməyib. Bu tip təyinatlar tez-tez daha çox problemlərə yol açıb. Çünki dövlət maliyyəsi və büdcə idarəçiliyi, özəl sektorda qərarların çevik və bazar şərtlərinə uyğun verilməsi ilə müqayisədə daha mürəkkəb və bürokratik prosesləri əhatə edir.
"Maskın qeyri-ənənəvi idarəçilik yanaşması, riskə meylliliyi və sərt ifadələri ilə tanınması, Amerika kimi böyük dövlətin sabitliyini poza bilər. Onun fiskal siyasət və makroiqtisadiyyat sahəsində təcrübəsi yoxdur. Dövlət büdcəsini düzgün idarə etmək, iqtisadiyyatda balansı qorumaq üçün xüsusi biliklər tələb edir. Maskın biznesdə tətbiq etdiyi aqressiv strategiyalar, dövlət idarəçiliyində isə uzunmüddətli iqtisadi və sosial problemlərə səbəb ola bilər. Fiskal siyasət yalnız xərcləri azaltmaqla bitmir; düzgün vergi siyasəti, sosial proqramların idarə edilməsi və borc dinamikası da vacibdir.
Maskın riskə meylli yanaşmaları, dövlət büdcəsi və fiskal siyasətini idarə etmək üçün uyğun olmaya bilər. Onun rəhbərlik tərzi və prioritetləri, Amerika dövlətinin uzunmüddətli sabitliyinə ciddi təsir göstərə bilər. Bu məsələnin nəticələri zamanla daha aydın olacaq".
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artıb
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
XƏBƏR LENTİ
-
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
-
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
-
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
-
Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
-
Pakistanda məscid yaxınlığında güclü partlayış: 15 ölü, 50 yaralı - (Video)
-
İlanın ağzından çıxanlar təəccübləndirdi - (Video)
-
Kazımcan arıqlayıb elə oldu - (Video)
-
Antalyada dəhşətli qəza - (Video)
-
Elgiz Əkbər: "Oturub Milli Məclisdə, bir dəfə də məni yığmır" - (Video)
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Paşinyan mükafat almaq üçün Almaniyaya getdi
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artıb
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)





