Türkiyə

Türkiyədə sərnişin avtobusu aşdı - Ölən və yaralananlar var

5 Fevral 2025 23:24
Baxış: 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Antalyanın Qazipaşa rayonunda sərnişin avtobusu aşıb. Qəzada 1 nəfər həyatını itirib, 32 nəfər yaralanıb.

Milli.Az xəbər verir ki, qəza nəticəsində avtobus sürücüsü N.D., 2 avtobus işçisi və 30 sərnişin yaralanıb. Hadisə yerinə çox sayda təcili yardım və yanğınsöndürmə briqadaları cəlb edilib.

Yaralılar arasında 8 uşaq var. Yaralanan 33 nəfər Qazipaşa və Alanyadakı xəstəxanalara çatdırılıb. Alanya Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilən yaralılardan S.Ç. həkimlərin səylərinə baxmayaraq həyatını itirib.

3 yaralının vəziyyəti ağırdır.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.