İqtisadiyyat

Güzəştli ipoteka kreditlərinin ayrılması mənzillərin qiymətini artıracaq? - VİDEO

5 Fevral 2025 23:10
Baxış: 1 244
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Növbəti güzəştli ipoteka kreditlərinin ayırılması mənzillərin qiymətinə təsir edəcək.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, əmlak eksperti Mülkədar Rüstəmov deyir ki, tələb artdıqca mənzillərin qiyməti də yüksəlir.

Ekspert bildirir ki, güzəştli ipoteka kreditləri daha əlverişli şərtlərlə, aşağı faiz dərəcələri ilə təqdim edildikdə, insanların mənzil almağa marağı artır. İpoteka kreditlərinin aşağı faizlə verilməsi isə müəyyən kateqoriyalara aididir.

Vətəndaşlardan müraciətlərin qəbuluna adi ipoteka kreditləri üzrə sabah saat 10:00-dan etibarən, güzəştli ipoteka kreditləri üzrə 7 fevral 10:00-dan etibarən baxılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.