Sağlamlıq

Elektron reseptlərin apteklərdə istifadə olunurmu? - VİDEO

6 Fevral 2025 00:48
Baxış: 339
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əksər tibb müəssisələrində həkimlər hələ də kağıza resept yazırlar. Lakin, kağız reseptlərdən istifadə zamanla tamamilə aradan qaldırılacaq.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, artıq Vətəndaşlar bütün apteklərdə mobil tətbiqlər vasitəsilə prosesi icra edə bilərlər.

Bəs, elektron reseptlə istənilən aptekə yaxınlaşmaq olarmı? Hazırda elektron resept sisitemi apteklərdə necə işləyir?

Əczaçıların sözlərinə görə, sistem qurulsa da hələ ki kağız reseptlə müraciətlər daha çoxdur.

Lakin hər kəs ölkə üzrə istənilən özəl və dövlət tibb müəssisələrində həkimdən elektron resept tələb edə bilər. Səhiyyə Nazirliyinin  Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova  deyir ki, elektron resept tətbiqi həkimlərin "firma dərmanları" yazmasının qarşısını alacaq

Nazirlik rəsmisi onu da qeyd edib ki, bu məsələ ilə bağlı hazırda hansısa cərimə tətbiqi nəzərdə tutulmayıb.

Mütəxəssis qeyd edib ki, kağız reseptlər zədələnə bilər və onu itirmək mümkündür. Elektron reseptlər isə həm də şəffaflığın təmin olunmasına xidmət edir.

Daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.