Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda gecə inqilabı olacaq
15 Yanvar 2015 08:30
3 Şərh
Baxış: 12 510
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa paytaxtlarında illər əvvəl adi hala çevrilmiş yeniliyin indi Bakıda edilməsinin vaxtı çatıb. Dünyanın əksər ölkələrində insanları yolda qoymamaq üçün müxtəlif üsullardan istifadə olunur. Gecə saatlarında insanların evə və ya işə çatması, daha çox xərcə düşməməsi üçün gecə marşrutları fəaliyyət göstərir. Bakı şəhərində isə gecə saat 11-dən sonra mənzil başına çatmaq insanlar üçün müşkülə çevrilir. Ya yolda gecələməlisən, ya da taksi ilə getməlisən.
Bəs Bakı şəhərində gecə marşrutları niyə açılımır? Buna ehtiyac görülmür, yoxsa mane olan səbəblər var?
Nəqliyyatçıların Problemlərinə Hüquqi Yardım İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmov Milli.Az-a açıqlamasında bildirdi ki, sovet dövründə Bakıda 24 saat işləyən marşrut taksiləri, eyni zamanda növbətçi avtobuslar olurdu. Təxminən 9-12 nəfərlik olan xırdatutumlu avtobuslar ucuz qiymətə insanları daşıyırdı. Hazırda isə gecələr şəhər əhalisi yollarda qalır, saatlarla avtobus gözləyir. Yaxşı olardı ki, müəyyən xətlər üzrə avtobuslar işləyəydi.
Ekspertin sözlərinə görə, Azərbaycan dünyada yeganə ölkədir ki, ictimai nəqliyyata gəlir sahəsi kimi baxılır. Amma nəqliyyat sistemi strateji obyekt kimi digər ölkələrdə vətəndaşların hərəkətinin tənzimlənməsi üçün dövlət tərəfindən irəli sürülmüş layihələrdir. Burada dövlət vətəndaşın rahat hərəkətini tənzimləməyə çalışır.
M.Rüstəmov hesab edir ki, başqa ölkələrdə nəqliyyat sahəsi daimi dotasiya ilə qidalanan sahədir. Rahatlığın təmini üçün dövlət tərəfindən dotasiyalar ayrılmalıdır.
"Sovet dövründə nəqliyyat sistemi iflic oldu və bu iş fiziki şəxslərin üstünə atıldı. O vaxtdan fiziki və hüquqi şəxslər daşımaları həyata keçirirlər və əsas məqsədləri gəlir əldə etməkdir. Sərnişin nəqliyyatda gəlirlə işləməyi qarşımıza qoymuşuq. Dövlət tərəfindən işlək, növbəli gecə marşrutlarının açılması məqbul sayılar. İnsanlar tərəfindən də dəstəklənər. Bunu özəl şirkətlərin üstünə atmaq olmaz və onlar bunu özlərinə ziyan hesab edəcək", - ekspert əlavə etdi.
Bakı Sərnişin Nəqliyyat departamentinin rəis müavini Vüqar İbrahimov isə Milli.Az-a bildirdi ki, hazırda Bakı şəhərində gecə marşrutları yoxdu, ancaq gələcəkdə ola bilər. Bunun üçün qərarı Nəqliyyat Nazirliyi verə bilər. Rəis müavininin sözlərinə görə, hazırda Bakıda gecə marşrutlarına ehtiyac yoxdu:
"Gecə şəhərdə o qədər də çox adam olmur. Olimpiya oyunları ilə əlaqədar nəzərdə tutulub ki, gecələr marşrutların saatları uzadılsın. Yəqin ki, elə avtobuslar gecə marşrutu kimi fəaliyyət göstərəcək. Oyunlar gec qurtaranda insanların rahat mənzil başına çatması təmin olunsun. Biz də bayram vaxtı səhərə kimi işəyirik. Bu Yeni il səhərə kimi marşrutlar işləyib".
Anar Məmmədov
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rəqsanənin əri ilə avtomobildə romantik anları diqqət çəkdi - (Video)
-
Motosiklet sürən qızdan gözünü çəkə bilmədi - Qəza törətdi - (Video)
-
Lökbatanda "unudulmuş" küçə: Sakinlər palçıq və zibil içində əziyyət çəkir
-
Özbəkistan onu Azərbaycana təhvil verdi
-
Messi ilə belə vidalaşdılar - (Video)
-
Samirədən Vəfa Şərifovaya sərt ismarıc: "İstəsə, Vəfanın yadına salaram" - (Video)
-
"Hakim nədənsə rəsmi qurumun məlumatlarına göz yumaraq qətnamə çıxardı" - Yepiskopla hüquqşünasın davası davam edir
-
Epşteynin köməkçisi olduğu bilinən adam ölü tapıldı - FOTO
-
Qarşıdakı illərdə Azərbaycan-Almaniya əməkdaşlığının geostrateji ölçüləri daha da genişlənəcək - Sevil Mikayılova
-
Bakı Beynəlxalq İncəsənət Festivalı dünya səviyyəli sənətkarları Azərbaycan paytaxtında bir araya gətirəcək
-
Fatma saxlanıldı, sosial şəbəkə hesabları bağlandı - (Foto)
-
"Neftçi" UEFA Çempionlar Liqasına qələbə ilə başladı
-
Türkiyəyə məxsus yük gəmisinə hücum – Ölən və yaralananlar var
-
Tarif Şurası bəzi dərmanların qiymətləri ilə bağlı qərar verdi
-
Cennifer Lopez ad günü vannada qeyd etdi
-
Rüfət Əhmədzadənin meyiti tapıldı
-
Virtual oyunlar uşağa zərər verirmi? – Səhiyyə Nazirliyinin psixoloqundan tövsiyələr
-
Ukrayna ordusuna yeni Baş Qərargah rəisi təyin edildi
-
Uşağın tək oynaması normaldırmı? – Səhiyyə Nazirliyinin psixoloqu valideynlərə tövsiyə verir
-
Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevanın göstərdiyi dəstək müasir Azərbaycan jurnalistikasının ümumi inkişafının əsasını təşkil edib - Trend BİA-nın baş redaktoru
-
“Dubai Mall"da geyim qadağası
-
"Jurnalsitika" adı altında vətənə xəyanət - Siyasi sifariş icraçıları
-
"Fənərbağça" axtardığı hücumçunu tapdı