Bu ayələr ata-anaya yaxşılıqdan bəhs edir. Bu mövzu insanların diqqət göstərəcəyi ən əhəmiyyətli məsələlərdən biridir. Çünki həm böyükləri yəni, ata-ananı, həm də övladları yaxından maraqlandırır. Bu əhəmiyyətinə görə də Qurani-Kərimdə bir çox yerdə ata-ana haqqından, onlara yaxşılıq etməkdən danışılır. Məhz bunlardan biri də mövzu başlığını təşkil edən Loğman surəsinin 14-cü və 15-ci ayələridir.
Bu ayələrdən aydın olduğu kimi ata-anaya yaxşı davranmaq Allahın əmridir. Təbii ki, ata-ana hər cür yaxşılığa layiqdir. Çünki onlar bizlərin bu dünyaya gəlməyimizə səbəb olublar. Onlar olmasaydı, biz də olmazdıq. Əlbəttə, bizi Allah yaratdı,
amma onlar səbəbilə bədən əldə etdik, dünyaya gəldik. Allah bizə ruzi verdi, amma onların əlləriylə bizə çatdı. Onlar bizim üçün çalışdılar, bizi yedirdib içirtdilər, saxladılar, qorudular və himayə etdilər. Allah bizə necə qarşılıq gözləmədən nemət verdisə, onlar da bu xidməti bizə göstərdilər. Sevgiləri, qayğıları tamamilə səmimi və təbii olur, heç bir kənar təsir olmadan seviblər, himayə ediblər, qayğı göstəriblər.
Bu səbəblə onlara yaxşılıq etməli, onlan heç incitməməliliyik. Onlara yaxşılıq etmək, yalnız ehtiyaclarım qarşılamaq məqsədilə onlara maddi kömək göstərmək demək deyil. Bəli, bu da çox əhəmiyyətlidir, amma onlara ediləcək əsl yaxşılıq onların ehtiyaclarını qarşılamaqla yanaşı, onlan məmnun etmək, xoşbəxt olmaları üçün səy göstərməkdir. Hətta onlara ediləcək yaxşılıqların ürəkdən gəldiyini, səmimi olduğunu hiss etdirmək surətilə qəlblərini fərəhləndirən davranışlar göstərməkdir. Onlan incitməmək, bezdirmə mənasına gələn heç bir söz işlətməmək və hərəkət etməmək lazımdır. Onların əzabını çəkəcək olsqaq, yorulmaq, bezmək mənasına gələn "uf" deməyin belə bizə qadağan olduğu "İsra" surəsinin 23-cü ayəsində açıqlanmaqdadır. Onları kədərləndirən hərəkətlərdən uzaq durmaq, xəbər tutacaqları təqdirdə kədərlənəcəkləri məlumatları lazım olduğunda gizləmək, onların yanında ədəb qaydalarına riayət etmək, onları söhbətə daxil etmək də onları məmnun etməyin bir başqa yoludur. Bunlara da riayət etmək lazımdır.
Ata-anaya yaxşılıq etmək bəzi ayələrdə Allaha qulluqdan dərhal sonra yer alır. Bu vəziyyət mövzunun nə qədər əhəmiyyətli olduğunun açıq bir dəlilidir.
Ayələrdə və hədislərdə ata-anaya yaxşılıq birlikdə əmr edilsə də, anaya ediləcək yaxşılıq, ona göstəriləcək həssaslıq ayrıca vurğulanmaqdadır. Məhz bu ayədə də eyni şəkildə vurğulanmış, ananın vəziyyəti, uşaq ilə olan ünsiyyəti və yaxınlığı açıqca ifadə edilmişdir. Ana yalnız uşaq dünyaya gəldiyində deyil, dünyaya gəlməzdən əvvəl də çətinliklərlə qarşılaşmışdır. Hamiləliyin ilk dövrü ana üçün çətinliklərin başlanğıcı olduğu kimi, gedərək çətinləşən mərhələlər halında davam edir. Ananın uşağını daşıdığı, hər keçən gün daşımağın çətinləşdiyi, bu səbəblə də bir çox çətinlik çəkdiyi ayədə açıqca qeyd edilmişdir.
Ayədə Allaha şükr etmək və ata-anaya təşəkkür etmək də əmr edilməkdədir. Allaha bizi yaratdığı, müxtəlif nemətlər verdiyi üçün şükr etməyimiz lazımdır. Biz yox idik, O var etdi, bizi varlıq aləminə O göndərdi. Bizim həyatda qalmağımızı təmin edən, bizə ruzi verən Odur. Onun vermədiyini kimsə verə bilməz, Onun verdiyinə kimsə mane ola bilməz. O, hər şeyə gücü çatandır. Ana və atamıza də təşəkkür etməliyik. Bizim dünyaya gəlməyimizə səbəb olduqları, bizi öz canları qədər qoruduqları, heç bir fədakarlıqdan çəkinmədən həmişə bizim yaxşılığımız üçün səy göstərdikləri üçün təşəkkür etməliyik. Bu yalnız sözdə deyil, davranışlarla da göstərilməlidir.
Valideynə yaxşılıq və itaət hər vəsilə ilə əmr edilir. Ancaq məşru və məqbul olmayan hallarda onlara itaət etmək olmaz. Mövzu başlığı olaraq qeyd edilən ayələrin ikincisində bu məsələ dilə gətirilərək Allaha şərik qoşma tələbinə əsla itaət edilməyəcəyi açıqlanmışdır.
Bu da göstərir ki, ana və ataya itaət dini ölçülərə uyğun olması və ağlın qəbul etməsi şərtilə bir əmrdir. Onlarla yaxşı rəftar etmək, incitmədən xidmət etmək, məşru ölçülər daxilində onlarla münasibəti ən yaxşı səviyyədə davam etdirmək lazımdır.
Hədisi-şərif
Xızır Peyğəmbərlə Musa Peyğəmbər gəmidə səfər edərkən dor ağacına qonmuş bir quş görürlər. Quşun dimdiyində bir damla su var. Xızır (ə.s.) o quşu göstərib deyir:
- Ey Musa, quşun dimdiyindəki o bir damla su sənin elmindir, üstəlik mənim elmimdir, üstəlik də bütün bəşəriyyətin elmidir. Allahın elmi isə sonsuzdur, bu dəryalar onun yanında çox bəsit, çox kiçikdir.





