Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Dövlət Universitetinin alimi vəfat edib - YENİLƏNİB - FOTO
12 Mart 2014 16:36
5 Şərh
Baxış: 3 424
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
12:10
Milli.Az Bakı Dövlət Universitetinin mətbuat xidmətinə istinadən bildirir ki, akademik Bəhram Əsgərovla vida mərasimi saat 2-də Bakı Dövlət Universitetinin Böyük akt zalında başlanacaq.
---------
10:19
Bakı Dövlət Universitetinin (BDU) Bərk cisimlər fizikası kafedrasının müdiri, Azərbaycan Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, prezident təqaüdçüsü, "Şöhrət" ordenli akademik Bəhram Mehrəli oğlu Əsgərov 81 yaşında vəfat edib.
BDU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, akademik B.M.Əsgərov 1933-cü il oktyabrın 5-də Tovuz rayonunun Əhmədabad kəndində anadan olub. 1952-ci ildə indiki BDU-nun fizika-riyaziyyat fakültəsinə daxil olub, 1957-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək AMEA-nın Fizika İnstitutunun aspiranturasına daxil olub. 1962-ci ildə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb. 1972-ci ildən professordur.
1960-1966-cı illər Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi olan B.Əsgərov 1966-cı ildən BDU-da çalışıb. 1966-1971-ci illərdə BDU-nun "Molekulyar fizika" kafedrasının dosenti işləyib. 1971-ci ildən ömrünün son gününədək onun təşəbbüsü ilə yaradılmış Bərk cisimlər fizikası kafedrasının müdiri, 1994-cü ildən 2004-cü ilədək BDU-nun elmi işlər üzrə prorektoru vəzifəsində çalışıb.
B.Əsgərov 2000-ci ildə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülüb. 2001-ci ildə "Fizika" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həmin ixtisas üzrə həqiqi üzvü seçilib. 2004-cü ildə Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilib. 2009-cu ildə prezident təqaüdünə layiq görülüb.
Akademik B.Əsgərov 5 monoqrafiyanın, bir neçə dərslik və dərs vəsaitinin, Rusiyada, Amerikada, Yaponiyada və bir sıra digər xarici ölkələrdə nəşr edilən nüfuzlu elmi jurnallarda dərc olunmuş 170 məqalənin müəllifidir. Rəhbərliyi altında 15 elmlər namizədi və dörd elmlər doktoru yetişib.
Akademik B.Əsgərovun əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin!
Milli.Az
--------
16:36
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Köhnə əşyaları atanlar bunu bilsəydi... - Evdəki əşyaların gizli dəyəri
-
"Düşmənə dərs verən bunlardır" - (Video)
-
“Biz qayıtmışıq!” – AzTV-dən Böyük Qayıdışla bağlı maraqlı videoçarx
-
Bu ərazidə qar örtüyünün hündürlüyü 39 santimetrə çatdı
-
“Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir? - Dosye
-
Pensiyalar bu tarixdə ödəniləcək
XƏBƏR LENTİ
-
Haaland “Qızıl oyunçu” oldu
-
Bu həftə ən çox qazanacaq bürclər
-
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Saatlarla oturanların diqqətinə
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
-
Tuncay Şamil 50-ci yubiley dünya çempionatının gümüş medalını qazandı
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı