Kimlər ünvanlı sosial yardım ala bilərlər?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ünvanlı sosial yardım müvafiq qanuna əsasən, əhalinin aztəminatlı təbəqələri üçün nəzərdə tutulub. Hər il ölkədə dövlət büdcəsi təsdiq olunanda ölkə üzrə ehtiyac meyarı da müəyyənləşir. Ehtiyac meyarı ünvanlı sosial yardımı vermək üçün müəyyən olunmuş bir göstəricidir. Cari ildə ehtiyac meyarı 100 manat müəyyənləşib.
Milli.Az El TV-yə istinadən xəbər verir ki, ƏƏSMN Yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bildirir ki, bu, o deməkdir ki, əgər ailənin 4 nəfər üzvü varsa və ailənin orta aylıq gəliri hər bir ailə üzvünə düşən ehtiyac meyarının məcmusundan, yəni 400 manatdan aşağıdırsa, həmin ailəyə sosial yardım təyn olunur: "Hər bir ailənin orta aylıq gəliri var. Orta aylıq gəlir deyəndə nə nəzərdə tutulur? Ailədə 5 nəfər üzv varsa, bunlardan 2-3 nəfər işləyirsə, hər birinin aldığı əmək haqqı toplanır. Həmin gəliri 5 nəfər ailə üzvünə böləndə hərəsinə 100 manatdan aşağı düşürsə, bax, o, 100 manatdan aşağı düşən məbləğlə 100 manat arasındakı fərq məbləğində ailə üzvlərinə yardım təyin olunmalıdır".
Qeyd edək ki, ailənin 4 və ya daha artıq ailə üzvü varsa, onlar əmək qabiliyyətli yaşdadırlarsa, yəni yaşları 16-dan yuxarı və pensiya yaşınadək olan yaş arasında insanlardırsa və heç birinin də sağlamlıq imkanları məhdud deyilsə, yəni əlillik dərəcələri yoxdursa, bunlar Əmək Məcəlləsinə görə əmək qabiliyyətli insanlar sayılırlar və bu insanlar ictimai faydalı əməklə məşğul olmalıdırlar.
Belə şəxslərin "işsizəm" deməklə, ünvanlı sosial yardım almaq hüququ yoxdur. ƏƏSMN Yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev deyir ki, əgər ailədə 1 və ya 2 əmək pensiyası alan varsa, onların da əmək pensiyasının məbləği ailənin digər üzvlərinin gəliri ilə birlikdə toplanır, ailə üzvlərinin sayına bölünür və orta aylıq gəlir hesablanır: "Ailədə ola bilər ki, 2 nəfər pensiya alır. 3 - 4 nəfər də digər üzvləri var. Tutalım 1-i 150, digəri 160 manat əmək pensiyası alır. Bunun 2-nin məbləği 310 manat edir. Əgər ailədə bunlardan başqa 3 nəfər də üzv varsa və onlar əmək qabiliyyətsizdirlərsə, yaxud da, necə deyərlər, əmək qabiliyyətli yaşa qədər olan yaşdadırlar və başqa gəlirləri də yoxdursa, belə olan halda bu 2 nəfər əmək pensiyası alanın pensiyasının ümumi məbləğinin 310 manat olmasına baxmayaraq, ailənin 5 nəfər üzvü olduğu üçün həmin ailəyə 5 vurulsun 100 manat, yəni 500 manat miqdarında məbləğ müəyyən edilir. Bundan 310 manatı çıxılır, yerdə qalır 190 manat. Deməli, o ailəyə 190 manat məbləğində ünvanlı sosial yardım təyin edilə bilər".
Çingiz Əliyevin sözlərinə görə, istər mülkiyyətində, istərsə də istifadəsində avtomobil olan ailə aztəminatlı ailə təbəqəsinə aid edilmir və onlara ünvanli sosial yardim təyin edilə bilməz. Həmçinin banka kredit ödəyən vətəndaşların da ünvanlı sosial yardım almaq hüququ yoxdur.
Qeyd edək ki, ünvanlı sosial yardım dövlət tərəfindən daimi ödənilməsi nəzərdə tutulan yardım deyil. Bu səbəbdən də ailə 12 aydan sonra yenidən müraciət edərək sənədləşmə işi aparmalıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Eyni ərazidə oxşar ev, amma kəskin qiymət fərqi, səbəbi nədir? - (Video)
-
Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)
-
İlham Əliyev və Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb - (Foto)
-
Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir
-
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
XƏBƏR LENTİ
-
Ağardıcıdan min dəfə təsirli: 1 çay qaşığı kifi öz-özünə təmizləyir
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı – böyük sənət bayramı ərəfəsində (Foto)
-
Eyni ərazidə oxşar ev, amma kəskin qiymət fərqi, səbəbi nədir? - (Video)
-
Abşeronun bəzi ərazilərində işıq olmayacaq
-
Şahbuzda ağır qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - Yenilənib
-
Günün qoroskopu: Sevgi həyatınızda gözlənilməz sürprizlər ola bilər
-
"Qalatasaray" səfərdə "Başakşehir"i məğlub etdi - Türkiyə Superliqası
-
Mehdiabad yolunda sıxlığın azaldılması üçün yeni layihə - (Video)
-
Daha 535 ev “Güzəştli mənzil” sistemi vasitəsilə satıldı
-
İnsanlar nə vaxt öləcəklərini təxmin edə bilir, amma bir böyük səhvlə
-
Zelenskinin ofisində axtarış aparıldı
-
Pay torpaqları vətəndaşlardan alınacaq?
-
Sabunçuda kollektorda qəza - Su çöllük əraziyə axır
-
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
-
Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)
-
Burak Yörükün toy fotoları 3 ay sonra yayıldı - (Foto)
-
UEFA "Fənərbağça" – "Lion" matçının cəzasını açıqladı
-
Azərbaycanlı kurator Züleyxa İbad Berlin Art Week 2026 çərçivəsində “Familiar Strangers” sərgisini təqdim edəcək - (Foto)
-
Azər Zahidin qızları - (Video)
-
Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?
-
Röya Ayxan və Kazım Candan “Dosta” sürprizi - (Video)
-
Yarışla əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir - Siyahı
-
Nömrə 1000 dollara, maşın pulsuz satılır
-
MİQ üzrə müddətli müqavilə ilə vakansiya seçiminin nəticələri açıqlandı





