Ötən gün saat 09:30 radələrində Bakının Yasamal rayonunda bir kişi hündürlükdən yıxılıb.Ehtimal edilir ki, fəhlə ehtiyatsızlığın qurbanı olub
Rayon Polis İdarəsi 29-cu polis bölməsindən anspress-ə verilən məlumata görə, hadisə Yeni Yasamal, Kənar dairəvi yolda baş verib.
Hündürlükdən yıxılan şəxsin fəhlə olduğu bildirilir. O, 35 yaşlı Asim Babayevdir. Onun əlində fəhlə əlcəyi olub. Hadisə şahidləri bildiriblər ki, həmin fəhlə birinci gün imiş ki, işə çıxıbmış. Ehtimal edilir ki, fəhlə ehtiyatsızlıqdan yıxılıb.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.
Milli.Az





