1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasında misilsiz xidmətləri olan şəxsiyyətlərin hər birinin həyatı ayrı-ayrılıqda bir tarixdir. Çünki bu böyük insanların yalnız özləri deyil, bütünlüklə ailələri, yaxınları və doğmaları tutduqları müqəddəs yolda sonsuz fədakarlıqla mübarizə aparmış, məhrumiyyətlərə məruz qalmışlar.
Belə şəxslərdən biri də AXC Parlamentinin üzvü, Həmkarlar Ittifaqları Təşkilatının banilərindən biri Cavad bəy Məlikyeqanovdur. Qarabağ bəyləri nəslindən olan Cavad bəy Zaqafqaziya seyminin müsəlman fraksiyasının üzvü olmuş, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü kimi Azərbaycanın Müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinə imza atmışdır. O, 1931-ci ildə gizli Müsavat partiyasının üzvü ittihamı ilə həbs edilərək, 10 il müddətinə uzaq şimala sürgün olunmuşdur. Sürgündən həyat yoldaşı Məryəm xanım Bayraməlibəyova-Məlikyeqanovaya göndərdiyi məktublarında yazırdı: "...Mən öz xalqımı, Azərbaycanımı çox sevirəm. Həyatımı, varlığımı onlarsız təsəvvür edə bilmirəm".
Cavad bəy Məlikyeqanov 1942-ci ildə sürgündə vəfat etmişdir.
İlk demokratik Azərbaycan hökumətinin yaradıcılarından biri Cavad bəy öz həyatındakı mərhumiyyətləri təkbaşına yaşamamış, onun ailəsi də bu haqsızlıqlardan nəsibini almışdır. Onun həyat yoldaşı Məryəm Bayraməlibəyova dövrünün ziyalı, maarifpərvər qadınlarından biri olmuşdur. O, Azərbaycanda savadsızlığın aradan qaldırılmasında və əhalinin maariflənməsində böyük səylə çalışmış, sonunda o da bolşevik hakimiyyətinin amansız repressiyalarına məruz qalmışdır.
Məryəm Bayraməlibəyova 1898-ci ildə Lənkəran şəhərində tanınmış müəllim və maarifçi Teymur bəy Bayraməlibəyovun ailəsində dünyaya göz açıb. Bayraməlibəyovlar nəslinin kökü I Şah Abbasın hakimiyyəti illərinə gedib çıxır. Onlar məşhur Şahsevənlar nəslinə mənsub olmuş və XVI əsrin sonlarında Muğana köçmüşlər. Teymur bəy 1879-cu ildə seminariyanın Azərbaycan şöbəsinə daxil olan ilk 3 azərbaycanlıdan biri idi. O, Qori Seminariyasını bitirdikdən sonra Lənkərandakı rus məktəbində dərs deməyə başlayır. Maarifçi ziyalı həmçinin əsrin 80-ci illərinin sonlarından başlayaraq 1916-cı ilədək müntəzəm olaraq, Bakıda rus dilində çıxan "Kaspi" qəzetində Lənkəran qəzetinin bölgə müxbiri kimi fəaliyyət göstərmişdir. Teymur bəy qadınların təhsil almasına böyük önəm verirdi. 1907-ci ildə onun ciddi səyi nəticasində Lankəranda Ünas (Qızlar) məktəbi açılmışdır. Teymur bəyin nüfuzu və təşkilatçılıq qabiliyyəti Müsavat partiyasının lideri M.Ə.Rəsulzadənin diqqətini cəlb etmiş, Rəsulzadə onunla yaxın əlaqəlar qurmuşdu. 1917-ci ildə M.Rəsulzadə Lənkərana gəlir. İlk dəfə Lənkəranda Müsavatın yerli şöbəsi yaradılır. Bayraməlibəyov yekdilliklə şöbənin sədri seçilir. O, tezliklə Lənkəranda güclü təşkilat yaratmağa nail olur. Təsadüfi deyil ki, o, qəzada baş verən bütün hadisələrə müdaxilə edirdi.
İlk maarifçi xanımlardan biri
Məryəm Teymur bəyin doqquz övladından biri idi. Elmi yüksək dəyərləndirən Teymur bəy bütün çətinliklərə sinə gərərək övladlarını böyüdüb tərbiyə etmiş, onlara ali təhsil vermişdi. O, gerçək bir maarifpərvər xalq müəllimi idi və qızı Məryəm xanımın taleyində böyük rolu olmuşdur. Məryəm xanım da atasının yolu ilə gedərək müəllimlik sənətini seçmişdir.
Onun həyat yolu ilə bağlı yazılı mənbələrdə çox maraqlı məlumatlar var. Məryəm xanım Bayraməlibəyova ibtidai təhsilini 1905-1911-ci illərdə Bakıda H.Z.Tağıyevin "Müsəlman-rus" məktəbində, orta təhsilini isə "Müqəddəs Nina" qız məktəbində almışdır. Sonra oxumağa böyük maraq göstərən Məryəm xanım ali təhsil almaq üçün Moskvaya getmiş və tibb institutuna qəbul olunmuşdur. Lakin o dövrdə maddi vəziyyəti ağır olan bu gənc qız çox böyük çətinliklərlə qarşılaşmışdır. O, kömək üçün neft sahibkarı M.Muxtarova müraciət etmişdir. Muxtarov onun müraciətini cavabsız qoymamış, Məryəm xanıma təqaüd verməyə başlamışdır. Məryəm xanım bununla bağlı xatirələrində yazır: "...Lakin Moskvada 2 aydan artıq qala bilmədim. İnqilabın başlanması ilə əlaqədar Bakıya qayıtdım".
Vətənə döndükdən sonra Bakıda qalmaq üçün hər cür imkanı olmasına baxmayaraq, Məryəm xanım Lənkərana gedir. Orada qızları çox çətinliklə bir yerə toplayıb məktəb açır. Gənc müəllim ev-ev, qapı-qapı gəzərək məktəbə 9-12 uşaq toplaya bilir. 1918-ci ildə burada qız məktəbi açılır. Məryəm xanım da həmin məktəbin müdiri olur. Onun şagirdi, ilk opera müğənnisi Həqiqət Rzayeva yazırdı: "Məryəm xanım qızları məktəbə cəlb etmək üçün özü də çadrada gəzirdi. Biz təkcə yazmaq, oxumaq öyrənmirdik, eyni zamanda, səhnəciklər hazırlayıb valideynlərimiz qarşısında çıxış edirdik. Toplanan vəsait kasıb qızların məktəbə cəlb olunması üçün sərf edilirdi".
"Xalq düşməni" ilə evlilik və sürgün
1921-ci ildə Məryəm xanım Bakıya köçür və müəllimlik peşəsi ilə bərabər həmkarlar ittifaqında çalışmağa başlayır. 1921-1923-cü illərdə Bakıda Qara şəhərdə Həmkarlar İttifaqının təcrübə məktəbində işləyir. 1921-ci ildən 1924-cü ilədək o, ayrı-ayrı məktəblərdə, seminarlarda, texnikumlarda Həmkarlar İttifaqı katibi işləyir. O, ictimai işlərdə yaxından iştirak edir, 1925-ci ildə Bakıda Azərbaycan Müəllimlərinin I qurultayının nümayəndəsi olur.
Bu dövrdə həm də Məryəm xanım Bayraməlibəyovanın "Şərq qadını", "Maarif işçisi", "Yeni məktəb" və s. jurnallarda təlim-tərbiyə məsələlərinə dair məqalələri dərc edilirdi. Lakin bolşevik hakimiyyətinin siyahısında hədəf götürülən şəxslər sırasında bu ailənin də adı vardı. Beləliklə, ailənin qara günləri qapını döyür. Azərbaycanda böyük bir ziyalı nəslinə qarşı başladılan repressiya onları da əzablı yollara salır. 1923-cü ildə ailə həyatı qurduğu Cavad bəyin Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü olması və "xalq düşməni" damğası ilə sürgün edilməsindən sonra onu da dinc buraxmırlar. Üç uşaq anası, gözəl ziyalı və maarifçi Məryəm xanım Bayraməlibəyovaya qarşı da təqiblər başlanır. Sonunda onu "xalq düşməni" damğası ilə uzaq Arxangelskə sürgünə göndərirlər. Buradakı ağır işlərdən, dəhşətli şəraitdən, işgəncələrdən və ağlamaqdan Məryəm xanımın gözləri kor olur. Lakin onun bu vəziyyəti də qansız, qəddar ürəklərə təsir etmir.
Bu dəfə günahsız qadını Qazaxıstana sürgünə göndərirlər. O, yalnız 1948-ci ildə cəza müddətini başa vurub Bakıya qayıdır. Amma qansızlıq bununla da bitmir. Onu 1956-cı ildə bəraət verilənədək Bakıda öz ailəsinin, uşaqlarının yanında yaşamağa qoymurlar. Beləcə, öz vətəni, xalqı üçün yanan, onun tərəqqisinə çalışan bu mübariz qadın əzab və iztirablar içində doxsan il ömür sürür. O, 1988-ci ildə Azərbaycanda arzuladığı müstəqillik tarixini görmədən dünyasını dəyişir.
"Azadlıq" qəzeti
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycan amalına xidmət etmiş şəxslər
4 Avqust 2012 14:35
0 Şərh
Baxış: 1 201
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
"Secret Santa" üçün ideal hədiyyə seçimi necə olmalıdır?
-
Tosterdən tutmuş fenə qədər - Ev cihazları ağciyərləri təhlükəyə atır
-
“Yeni ildə atamı istəyirəm...” - FOTO
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Təmiz Dünya” sığınacağında olublar - FOTO
-
Mənfi duyğular yaradan 3 rəng
-
Sumqayıtda qaz kəsiləcək
XƏBƏR LENTİ
-
"Secret Santa" üçün ideal hədiyyə seçimi necə olmalıdır?
-
Tosterdən tutmuş fenə qədər - Ev cihazları ağciyərləri təhlükəyə atır
-
Mətbəxdə taxta qaşıqdan istifadə təhlükəlidirmi?
-
Yaşlandıqca niyə özünəinam zəifləyir?
-
Dərmansız boğaz ağrısının qarşısını almağın 5 yolu
-
"Uzak şehir"in çəkilişləri dayandırıldı
-
Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın
-
Soyuducunu necə düzgün təmizləməli? - Mükəmməl təmizlik üçün addım-addım təlimat
-
“Friends”in aktyoru vəfat etdi - FOTO
-
Bakının 2 rayonunda qaz kəsiləcək
-
“Yeni ildə atamı istəyirəm...” - FOTO
-
Sadettin Saran yenidən saxlanılıb
-
Kommunal ödənişlərin qiyməti dəyişə bilər - "Artım məcburi olmayacaq"
-
Günün qoroskopu: İşlə bağlı bəzi planlarınızı gizli tutun
-
AZAL təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür
-
İlham Əliyev ad gününü ailə üzvləri ilə qeyd edib - FOTO
-
Mir Şahinə biskvit satırdım - Röya
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Təmiz Dünya” sığınacağında olublar - FOTO
-
Evin hüzurunu qaçıran ağaclar: Mütəxəssislərdən ciddi xəbərdarlıq
-
Sosial şəbəkələrdə yeni dələduzluq növü - "az yatır, çox götür" - VİDEO
-
“İstəmirəm ki, atam məhəlləyə utana-utana çıxsın”
-
Emin Əmrullayev yeni prorektor təyin etdi - FOTO
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva internat tipli xüsusi ümumtəhsil məktəbində olublar - FOTO
-
Mətanət Piriquliyeva işdən çıxarıldı





