Qeyd edək ki, "Düşün məni" klipi Aygün Kazımovaya 70 min avroya başa gəlib. Klip Kral TV-də yayımlanacaq. Türkiyədə aranjman olunan klipi Türkiyədən gələn 22 nəfərlik 1 nömrəli peşəkar heyət çəkib. Avqustun sonlarında Bakıya gələn türkiyəli heyətin bütün avadanlıqları Türkiyədən gətirilib. Komanda meqastar Tarkanın "Acımayacaq", eləcə də Ajda Pekkan, Sərdar Ortac, Funda Arar, Sıla, Murad Boz, Ozan Doğulu, Murad Dalkılıc, Gülşən və bir çox türk ulduzlarının kliplərini çəkib. Xalq artistinin yeni klipi 5 müxtəlif kameralarla fərqli məkanlarda lentə alınıb. Klip çəkilişləri 4 gün fasiləsiz davam edib. Klip Aygün Kazımovanın istəyi və arzusu ilə ölkəmizin təqdimatı mövzusundadır.
Milli.Az
Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.





