Müğənni Günay İbrahimli hamamda fotosunu paylaşıb.
Publika.az xəbər verir ki, o, bacısı və köməkçisi ilə birlikdə türk hamamının dadını çıxarıb. "Qızlarla hamam günümüz. Özü də türk hamamı", - deyə şəklinə şərh də əlavə edən müğənninin bu hərəkəti birmənalı qarşılanmayıb. Belə ki, qızlara toy hamamı arzulayıb fotolara xoş niyyətlə baxanlarla yanaşı, Günayın abrını ətəyinə bükənlər də olub.
Milli.Az





