Şou-biznes

Təranə Nazəninə: “Sən pas atmısan, ay yazıq..."

12 İyul 2015 10:33
125 Şərh     Baxış: 15 185
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müğənni Nazənin və Təranə Qumral arasında məhkəmə yekunlaşsa da, tərəflər arasında "müharibə" bitmək bilmir.

Milli.Az publika.az-a istinadən bildirir ki, məhkəmə  Musa Musayevin həyat yoldaşı Təranə Qumralın Nazəninin həyat yoldaşına ismarışlar yazdığını sübut etdi. Nazənin qələbəsini qeyd etsə də, Təranə Qumral sakitləşmək bilmir, əksinə, həmkarını sosial şəbəkədə alçaltmaqda davam edir. Bu azmış kimi etdiyi əmələ don da geyindirir.
 
"Hər zaman dəyərliyəm, qürurluyam, sevilirəm, seçilirəm. Mən nə edə bilərəm ki, yanındakı üçün sənin dəyərin yoxdur. Özünü alçaltdıqca alçalırsan. Sənin yanındakının gözü mənə baxanda qamaşırsa, deməli, sən pas atmısan, ay yazıq. Sənə gülürəm. Sən yandıqca mən həzz alıram. Səni yandıra bilmişəmsə, çox xoşbəxtəm. Atalar gözəl deyib, özgə atına minən tez düşər".
 
Müğənni Nazənin isə həmkarının sosial şəbəkədə atdığı bu atmacalara qətiyyən cavab vermir.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.