İlham Əliyev Azərbaycanda azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycanda azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd olunur ki, son illərdə aparılan davamlı islahatlar siyasəti ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsinə imkan yaratmış, dinamik sosial-iqtisadi inkişafa təkan vermişdir. Transmilli enerji infrastrukturu və beynəlxalq nəqliyyat layihələrinin Azərbaycanda reallaşdırılması investorların ölkəmizə marağını xeyli artırmışdır. Heç şübhəsiz, xarici investisiyaların cəlb edilməsi əlverişli coğrafi mövqeyi ilə seçilən ərazilərin logistik və sənaye potensialından tam istifadə olunmasına, iqtisadiyyatımızın daha da möhkəmlənməsinə, büdcə gəlirlərinin diversifikasiyasına və əhalinin məşğulluğuna böyük töhfə verə bilər.
Məhz buna görə də "Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 mart tarixli 1912 nömrəli Sərəncamının icrası ilə əlaqədar hazırlanmış normativ hüquqi aktlarının layihələri "azad iqtisadi zona" elan ediləcək ərazilərdə həyata keçiriləcək iqtisadi fəaliyyət üçün əlverişli hüquqi rejiminin müəyyənləşdirilməsini nəzərdə tutur.
Sərəncama əsasən, azad iqtisadi zonaların yaradılmasının sürətləndirilməsi məqsədilə on bir nəfərdən ibarət üzvü olan işçi qrup yaradılır.
İşçi qrupun rəhbəri:
Valeh Ələsgərov - Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini
İşçi qrupun üzvləri:
İnam Kərimov - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Emin Hüseynov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azər Cəfərov - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Sahib Ələkbərov - Azərbaycan Respublikası vergilər nazirinin müavini
İlqar Rəhimov - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Şahin Bağırov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Pərviz Musayev - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini
Əfqan Nağıyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi
Şahmar Mövsümov - Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru
Taleh Ziyadov - "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru.
İşçi qrupuna tapşırılır:
- Azad iqtisadi zonaların yaradılması ilə bağlı hazırlanmış qanun layihəsinin ekspertizasını keçirməklə, dövlətin mənafelərinin və investorların qanuni maraqlarının tarazlı şəkildə nəzərə alınmasını təmin edən sənədin yekun variantını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Azad iqtisadi zonaların inkişaf etdirilməsi məqsədi ilə bu sahədə təcrübəsi olan xarici investor (developer) şirkətləri ilə bağlanılacaq müqavilələrin əsas şərtlərinə dair təkliflər versin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir - Almaniya Kansleri
-
Prezident İlham Əliyev: Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir
-
Kansler: Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır
-
Azərbaycan iqtisadi baxımdan Almaniya üçün çox maraqlı perspektivlər təqdim edir - Merts
-
Kansler: Almaniyanın və Azərbaycanın iqtisadi maraqları böyük müharibələrin təsirinə məruz qalıb
-
Prezident İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub
XƏBƏR LENTİ
-
Süni intellekt hansı sahələrdə inkişaf etdiriləcək? - Rəsmi siyahı
-
DÇ-2026-nın rəmzi komandası açıqlandı
-
"Zirə" "Göztəpə"nin sabiq futbolçusunu transfer etdi
-
Bakının bu küçəsində su dayanmadan axır - Sakinlər narazıdır
-
Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm""
-
Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir - Almaniya Kansleri
-
Prezident İlham Əliyev: Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir
-
Ezamiyyə vəsiqələri artıq elektron üsulla veriləcək
-
Qubada dəbdəbəli Hindistan toyu - Gəlin azərbaycanlıdır - (Foto)
-
Kansler: Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır
-
Azərbaycan iqtisadi baxımdan Almaniya üçün çox maraqlı perspektivlər təqdim edir - Merts
-
Kansler: Almaniyanın və Azərbaycanın iqtisadi maraqları böyük müharibələrin təsirinə məruz qalıb
-
Bahar Lətifqızı yatağa düşən doğmasına görə göz yaşı tökdü - (Video)
-
Prezident İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub
-
Prezident İlham Əliyev: Bağlantılar və tranzit imkanları ilə bağlı da Almaniya–Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var
-
Prezident İlham Əliyev: Bir çox istiqamətlər üzrə konkret fəaliyyət planı nəzərdə tutulub
-
Prezident İlham Əliyev: Alman şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülüb
-
“Mançester Siti”nin keçmiş ulduzu “Bursaspor”a keçdi
-
Prezident İlham Əliyev: Azərbaycan gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir
-
Prezident İlham Əliyev: Azərbaycan-Almaniya əlaqələri bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə töhfəsini verəcək
-
Prezident İlham Əliyev: Əminəm ki, bu gün imzalanmış sənədlər əlaqələrimizi yeni səviyyəyə qaldıracaq
-
Bakıda restoranda "dəcəl quzu", "xoruz dəyməyən toyuq" kababı satılır - (Video)
-
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuat konfransı keçirirlər
-
Berlində Azərbaycan-Almaniya sənədləri imzalanıb





