Siyasət

Jirinovski: "Əminəm ki, prezidentlərimiz həmişə dil tapacaqlar"

28 May 2016 21:53
Baxış: 2 215

Gözəl rəhbər İlham Heydər oğlu Əliyev, böyük nailiyyətlər, dənizin sahilində yerləşən inci, may günlərinə təsadüf edən bayram. Mən əminəm ki, Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti müstəqilliyin elan edilməsinin, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının növbəti ildönümünü böyük sevinclə qarşılayırlar. Əziz dostlar, qonşular, bayramınızı təbrik edirik. Hamınızı sevirik və sizə hörmət bəsləyirik".

Milli.Az bildirir ki, bu sözləri Rusiya Federasiyası Dövlət Duması sədrinin müavini, Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski AZƏRTAC-a müsahibəsində söyləyib.

Sədr müavini Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq əmin olduğunu bildirib ki, ən ağır vaxtlar geridə qalıb, qabaqda yalnız danışıqlardır.

V.Jirinovski deyib: "Ölkələrimiz arasında heç bir mübahisəli məqam yoxdur, münasibətlər bundan sonra da bütün istiqamətlərdə inkişaf edəcək. Əminəm ki, prezidentlərimiz bütün məsələlərdə həmişə ümumi dil tapacaqlar".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.