Siyasət

Ceyhun Bayramov və Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

23 Avqust 2025 15:55
Baxış: 616

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı zamanı regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Rusiya ikitərəfli və çoxtərəfli gündəliyində duran bir sıra məsələlər, siyasi, iqtisadi və humanitar əməkdaşlığın müxtəlif aspektləri də müzakirə olunub.

Tərəflər Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının cari ilin 22 avqust tarixində Həştərxan şəhərində keçirilmiş son iclası barədə fikir mübadiləsi apararaq, iclasın nəticələrini yüksək qiymətləndiriblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.