Siyasət

"Müharibə qaçılmaz olacaq, əgər..." - VİDEO

28 May 2016 19:59
1 Şərh     Baxış: 3 398

"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müəyyən diplomatik irəliləyişlər var. Amma Ermənistan tərəfi torpaqları sülh yolu ilə azad etməyə razılaşmasa müharibə qaçınılmazdır".

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu sözləri  cəbhə xəttində yerləşən Tərtər rayonunda  səfərdə olan  baş nazirin müavini Əli Əhmədov deyib.

O bildirib ki, münaqişənin qan tökülmədən həll olunması üçün qarşı tərəf işğal altındakı ərazilərdən çıxmalıdır.    

"Münaqişənin dinc yolla həll edilməsinin tərəfdarıyıq. Azərbaycan Respublikasının prezidenti dəfələrlə dövlətimizin, xalqımızın və şəxsən prezident olaraq özünün mövqeyini ifadə edib. Əgər bu şərtlər altında münaqişə həllini tapmasa problemi həll edən amil əlbəttə Azərbaycanın əsgəri olacaqr",- deyə Əli Əhmdov bildirib.  

Baş nazirin müavini aprel döyüşlərində fərqlənən hərbiçilərlə də görüşüb. Əsgər və zabitlərə hədiyyələr təqdim edildi.

Daha sonra baş nazirin müavini və millət vəkilləri təmas xəttində yerləşən Qapanlı kəndində oldular.  Hökumtə rəsmisi ərazidə aparılan bərpa işləri ilə maraqlanıb. Ümumilikdə, aprel döyüşləri zamanı Tərtər ərazisində 256 ev zərər görüb. Onlardan da 32 i birinci dərəcəli dağıntı hesab edilir. Bərpa işləri dövlət başçısının ayırdığı vəsait hesabına aparılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.