Siyasət

Prezident Rauf Əliyev və Mərdan Camalovu mükafatlandırdı

26 May 2016 18:25
Baxış: 1 573

Azərbaycan Prezidenti İlham Əliyev Mərdan Camalovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az-a AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Mərdan Talıb oğlu Camalov "Şöhrət" ordeni ilə təltif edilsin.

Qeyd edək ki, M.Camalov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısıdır.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə millət vəkili Rauf Asif oğlu Əliyev də "Şöhrət" ordeni ilə təltif edilib.

Qeyd edək ki, R.Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini, həmçinin AFFA-nın I vitse-prezidentidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.