Siyasət

"Qarabağın açarı prezidentlərin əlindədir"

12 Fevral 2016 16:59
3 Şərh     Baxış: 1 015

Yaxın günlərdə həmsədrlərin regiona səfəri gözlənilir, səfər zamanı qarşıdurmalar riskinin azalması və dialoqun təşviqinə dair təkliflər irəli sürüləcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Armenpress-ə verdiyi müsahibəsində ATƏT-in Minsk qrupunun ABŞ həmsədri Ceyms Uorlik deyib.

Azərbaycanın AŞPA-da Qarabağ münaqişəsinə dair qətnamələrin müzakirəsində ATƏT-in Minsk qrupunun mövqeyi ilə əlaqədar narazıçılığını şərh edərkən C.Uorlik bildirib ki, onlar bu məsələlərin müzakirəsinin əleyhinədirlər.

"Biz öz bəyanatımızda Minsk qrupunun bütün tərəflər üçün yeganə uyğun format olduğunu vurğulamaq istərdik. Ümid edirəm, Ermənistan və Azərbaycan Minsk qrupu ilə sıx əməkdaşlığa dair öhdəçiliyə sadiq qalacaqlar", - o deyib.

Bununla yanaşı, C.Uorlik qeyd edib ki, münaqişənin həllinin açarları prezidentlərin əlindədir.

"Biz daha intensiz dialoqa və daha sistemləşdirilmiş dialoqun qurulmasına vasitəçilik etmək istəyirik ki, sülhə gedən yolda irəliləyişlər qeyd edək", - o deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.