Siyasət

Berndə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub - YENİLƏNİB - FOTO

19 Dekabr 2015 14:24
Baxış: 7 488

19.12.2015

14:24

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə İsveçrə Konfederasiyasının Bern şəhərində keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak etmək üçün Bern şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə dekabrın 19-da Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Federal hökumətinin üzvü, Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalterlə görüşüb.

Görüşdən sonra birgə foto çəkdirilib.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü olub.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.

---------

14:23

Bu gün Berndə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan pezidenti Serj Sarkisyanın görüşü keçirilir.

Trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" sosial şəbəkəsində yazıb.

-----------------

18.12.2015

17:31

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə keçirilən Azərbaycan-Ermənistan prezidentlərinin görüşündə iştirak etmək üçün dekabrın 18-də İsveçrə Konfederasiyasının Bern şəhərinə gedib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.