İqtisadiyyat

Bəzi rayonların qazla təchizatında məhdudiyyətlər olacaq

13 Sentyabr 2013 11:06
0 Şərh     Baxış: 546
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən "APA-Economics"ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün sentyabrın 13-də saat 21:00-dək "Sabirabad", "Saatlı", "İmişli" QPS-lərdən və "İmişli Şəkər Zavodu" ölçü qovşağında, saat 18:00-dək "Horadiz" QTM-dən və "Sulutəpə" ölçü qovşağında, saat 17:00-dək "Buzovna 1-97" QPM-dən Buzovna qəsəbəsinə gedən qaz kəmərlərində, "Yeni Suraxanı" qaz kəmərində, saat 13:00-dən "Mərdəkan bağları" və "Türkan Bağları" ölçü qovşaqlarında qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə İmişli, Sabirabad, Saatlı rayonlarına, Horadiz şəhəri daxil olmaqla Füzuli rayonunun Qazaxlar, Mirzənağılı, Şükürbəyli, Kərimbəyli, Yağlıvənd, Böyük Bəhmənli, Babı, Arayatlı kəndlərinə, Bakı şəhərinin Sabunçu rayonunun Buzovna qəsəbəsi və Dənizkənarı küçəsinə, Suraxanı rayonunun 14 iyul, V.Xəlilov, M.Əzizbəyov, Dağüstü, Göl küçələrinə və Aşağı qəsəbə adlanan əraziyə, eləcə də Abşeron rayonunun Hökməli, Qobu, Atyalı, Daşgüzdək, Aşağı Güzdək kəndlərinə, Sulutəpə qəsəbəsi və Xırdalan Quşçuluq massivinə, eləcə də Xəzər rayonunun Mərdəkan, Türkan və Şüvəlanın Hacımövlan bağlarına təbii qazın verilişində fasilələr yaranacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.