Kulinariya

Badımcanla toyuq qanadı qovurması - FOTO

20 Sentyabr 2016 07:00
99 Şərh     Baxış: 7 365
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az badımcanla toyuq qanadlarının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

500 q toyuq qanadları 
1 badımcan
1 bolqar bibəri 
1 baş soğan 
1 yerkökü
acı istiot 
2 sm zəncəfil kökü
1 diş sarımsaq
2 x.q. soya sousu
turşməzə sous (Blue Dragon)
100 q toyuq bulyonu 
qara və ağ küncüt
dəniz duzu 
qara istiot
göyərti 

Toyuq qanadlarını yuyub aşsüzənə yığın, suyu çəkilsin. Uc hissəsini kəsib atın, oynaq hissədən iki bölün.

Hər iki üzünü tam qızardın. Dərin qaba yığıb ağzını örtün. 

Soğanı yarımhalqa, yerkökünü saman kimi doğrayın. Toyuq qanadlarını qızartdığınız tavada azacıq qovurun. 

Doğranmış bolqar bibərini əlavə edib 1-2 dəqiqə qovurun. 

Barmaqdan azca nazik, uzunsov doğranmış badımcanı əlavə edin. Badımcan hərtərəfli qızaranda toyuq bulyonunu əlavə edin. 

Toyuq qanadlarını əlavə edib qarışdırın. 

Xırda doğranmış sarımsaq və acı istiotu əlavə edin. 

Təmizlənib xırda doğranmış zəncəfil kökünü əlavə edin. 

Soya sousu qatın. Turşməzə sous paketinin yarısını əlavə edin. Dadına baxıb duz, istiot vurun, qarışdırın, daha 5-7 dəqiqə bişirin. 

Ocağı söndürüb 5 dəqiqə qazanı dəmdə saxlayın. 

Süfrəyə verərkən üzərinə qara və ağ küncüt, xırda doğranmış göyərti səpin. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.