Kulinariya

Pendir sousu

2 Oktyabr 2015 07:00
33 Şərh     Baxış: 4 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az pendir sousunun hazırlanma qaydasını təqdim edir

Tərəvəz xörəkləri, makaron, fri kartofu, zapekankalarla pendir sousu əla dadır. Ən yaxşı isə çedder pendiri ilə hazırlanandır. 

Tərkibi: 

120-130 q çedder, yaxud parmezan (başqası da olar)
600 ml süd
1 x.q. kərə yağı (40 q)
2 x.q. un (40-50 q)
0,5 ç.q. üyüdülmüş muskat cevizi
duz-istiot - zövqə görə

Qazana südü töküb ocağın üzərinə qoyun. Yağ əlavə edin, qızanda tez-tez qarışdıraraq unu əlavə edin. Qaynayanadək qarışdırın ki, lopa qalmasın. 
Qaynayan kimi ocağı çox azaldın, qarışdırmağı isə dayandırmayın. Kütlə eynicinsli olanadək - təxminən 4-5 dəqiqə - bu tempdə bişirin. 
Əvvəlcədən sürtgəcin xırda gözündən keçirilmiş pendiri, duz-istiot, muskat cevizini əlavə edin,  pendir əriyənədək, təxminən 5 dəqiqə, qarışdıraraq bişirin. 
Pendir sousunu süfrəyə adətən isti-isti verirlər, çünki soyuyanda qatılaşır.

Nuş olsun! 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.