Kulinariya

Mətbəx sirləri: Kəsmikli-portağallı desert - FOTO

15 Dekabr 2014 07:00
3 Şərh     Baxış: 4 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az povarenok.ru-ya istinadən kəsmikli-portağallı desertin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

4 ç.q. jelatin
3 portağal
250 ml 30-35%-li qaymaq
3 x.q. bal (şəkər tozu ilə əvəz edə bilərsiniz)
1 st. portağal şirəsi
300 q yumşaq kəsmik

Jelatinin üzərinə 0,5 st. qaynadılmış soyuq su töküb 30-40 dəqiqə saxlayın.



Portağalın sedrasını (ağ hissəsi olmayan qabığını) xırda doğrayıb az miqdarda suda 15 dəqiqə qaynadın.



Kəsmiyə 2-3 x.q. bal qatın (eyni miqdarda şəkər tozu ilə də əvəz edə bilərsiniz). 



1 st. portağal şirəsi əlavə edin.



Mikserlə eynicinsli kütlə alınanadək çalın.



Qaymağı ayrı qabda möhkəm çalın.



Soyumuş sedranı kəsmikli qarışığa əlavə edin.



Əritdiyiniz jelatini su hamamında qızdırın və isti-isti (qaynar yox!) kəsmikli kütləyə əlavə edin.



Sonra çalınmış qaymağı elə əlavə edin ki, köpüyü yatmasın.

Portağalları təmizləyib fal-fal doğrayın.



Dördbucaqlı formanın içinə perqament döşəyin. Dibinə və kənarlarına portağal dilimlərini düzün.



Formanın içinə kəsmikli kütləni tökün, bir gecə soyuducuda saxlayın.


Hazır deserti qaba tərs çevirin, istəsəniz, üzərinə portağal sedrası səpə bilərsiniz.



Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.