Kulinariya

Mətbəx sirləri: Pendirli-yerkökülü börek

30 Aprel 2014 07:00
17 Şərh     Baxış: 6 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az sofra.com.tr-yə istinadən pendirli-yerkökülü böreyin hazırlanma qaydasını təqdim edir.

Tərkibi (8 pay):

3 x.q. yağ
3 yuxa (xəmir)
1 su st. süd
1 yumurta

iç:
200 q ağ pendir
2 yerkökü
10 budaq cəfəri
0,5 armudu st. çörəkotu
1 x.q. pul bibər
duz (zövqə görə)

yağ (sinini yağlamaq üçün)

Yağı əridin. Yumurta ilə südü çalın. Əridilmiş yağı əlavə edin.

İç: yerkökünü sürtgəcdən keçirin, əzilmiş pendir, doğranmış cəfəri, çörəkotu və pul bibər əlavə edib qarışdırın. Duz vurmazdan əvvəl dadına baxın ki, duzu çox olmasın.

Yuxanı açın, üzərinə yağ+yumurta+süd qarışığından çəkin. İkinci yuxanı üzərinə sərin, yenidən qarışıqdan çəkin. Üçüncü yuxanı da sərib qarışığın qalanını üzərinə yayın.

İçi yuxanın üzərinə bərabər qaydada çəkin. Rulet kimi bükün. Çalışın, sıx bükün. Belədə doğramaq asan olacaq. 

Sinini yağlayın. Ruletdən barmaq qalınlıqda dilimlər kəsib siniyə düzün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişirin.

Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.