Kulinariya

Mətbəx sirləri: "Sevir, sevmir?" - VİDEO - FOTO

8 Mart 2014 07:00
92 Şərh     Baxış: 17 264
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az 8 Mart münasibətilə yüngül "Fransız çobanyastığı" salatı və "Çobanyastığı dəməti" tortunun hazırlanma qaydasını təqdim edir

"Fransız çobanyastığı" salatı



Tərkibi:

2 baş soğan
4 yumurta
2-3 turş alma
200 q bərk pendir
mayonez

bəzək:
3-4 cəfəri yarpağı
1/3 yerkökü
2-3 yumurta

Soğanı təmizləyib xırda doğrayın, üzərinə qaynar su töküb beş dəqiqə saxlayın, süzün.
Yumurtanı suda bişirib sürtgəcdən keçirin.
Almanı təmizləyib sürtgəcdən keçirin.
Pendiri sürtgəcin xırda gözündən keçirin.

Lay-lay düzün:
Soğan + mayonez + yumurta + mayonez + alma + mayonez + pendir.

Yumurta, yerkökü və cəfəridən şəkildə gördüyünüz qaydada çobanyastığı düzəldin.

Daha "qəliz" salat istəyirsiniz? "Çobanyastığı" salatının daha iki variantını təqdim edirik:

1-ci variant

Tərkibi: 1 dəstə kahı, 0,5 st. bişmiş düyü, 1 banka yağda qorbuşa, 1 yerkökü, 2 təzə xiyar, 4 yumurta, mayonez, göyərti.

Aralarına mayonez çəkməklə lay-lay düzün: xırda doğranmış kahı + düyü + əzilmiş balıq + yağda qovrulmuş yerkökü + kubik doğranmış xiyar + sürtgəcdən keçirilmiş yumurta + göyərti.
 
2-ci variant:

Tərkibi: 300 q toyuq ciyəri, 300 q soğanla qovrulmuş şampinyon, 3 yumurta, 100 q bərk pendir, mayonez.

Aralarına mayonez çəkməklə lay-lay düzün: bişmiş toyuq ciyəri + soğanla qovrulmuş şampinyon + sürtgəcdən keçirilmiş yumurta + pendir.
   

"Çobanyastığı dəməti" tortu



Tərkibi:

xəmir:

5 yumurta
1 st. şəkər tozu
1 ç.q. soda
1-1,5 st. un
100 q kakao tozu
1 st. qatıq

krem:

500 q xama
1 st. şəkər tozu
3 paket jelatin
2 banan
portağal
kivi

Biskvit: 5 yumurtanı 1 st. şəkər tozu ilə qarışdırın (çalmaq gərək deyil). 1 ç.q. soda əlavə edin (sirkə ilə söndürməyin).  1 stəkan un və 100 q kakao tozu əlavə edib qarışdırın. Stəkandan bir qədər az qatıq və bir qədər də un əlavə edin, qarışdırın, qatılığı qatı xama kimi olmalıdır.

Xəmiri iki yerə bölün. Formaya töküb növbə ilə bişirin.
Korjları soyudun. Soyuyandan sonra hərəsini iki yerə bölün.

İki korju saxlayın. İki korju isə xırdalayın.

Krem: 500 q xamanı 1 st. şəkər tozu ilə çalın. 3 paket jelatini qaynar suda həll edin, sonra çalınmış xamaya əlavə edin.

Banan, portağal və kivini doğrayın (başqa yumşaq meyvə də götürə bilərsiniz).
 
Doğranmış meyvə, xamalı krem, xırdaladığınız korjları qarışdırın.
 
Korju bişirdiyiniz formanın dibinə korjlardan birini qoyun (bu, tortun dibi olacaq). Sonra meyvəli-kremli-biskvitli qarışığı qoyun. Digər salamat korju üstünə örtün. 1 saat soyuducuda saxlayın.

Üzərini isə marşmellou ilə bəzəyin. Marşmelloudan şəkərli xəmirin hazırlanma qaydasına burada, daha sadə şəkərli xəmirin reseptinə isə burada baxıb aşağıdakı videoları izləməklə çobanyastıqlarını düzəldə bilərsiniz.

Nuş olsun!

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Videoları izləmək üçün şəkillərə klikləyin.





Çobanyastıqlarını kremlə də düzəldə bilərsiniz:

Videonu izləmək üçün şəklə klikləyin.




Çobanyastığını heç sevmirsininz? Onda eyni reseptlə tort hazırlayıb, üzərini kremli qızılgüllərlə bəzəyin: 



Videonu izləmək üçün şəklə klikləyin.




Bayramınız mübarək, xanımlar!
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.