Kriminal

Sumqayıtda qaynı tərəfindən bıçaqlanan qadının vəziyyəti açıqlandı - YENİLƏNİB

8 Oktyabr 2024 12:21
Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:21

Sumqayıtda qaynı tərəfindən bıçaqlanan qadının vəziyyəti açıqlanıb.

Milli.Az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, ötən gün saat 19:45 radələrində 1991-ci il təvəllüdlü qadının Mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub:

"Qarnın açıq yarası, budun kəsilmiş-deşilmiş yarası diaqnozları təyin edilən şəxs cərrahi əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağırdır".

-----------
09:27


Sumqayıtda 33 yaşlı qadın qaynı tərəfindən bıçaqlanıb.

Milli.Az xəbər verir ki,  DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, oktyabrın 7-də saat 21 radələrində Sumqayıt şəhərində 1980-ci il təvəllüdlü E.Yusifovanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun qaynı, əvvəllər dəfələrlə məhkum olunmuş 1980-ci il təvəllüdlü Rauf Yusifov saxlanılıb.

Fakt araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.