12:21
Sumqayıtda qaynı tərəfindən bıçaqlanan qadının vəziyyəti açıqlanıb.
Milli.Az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, ötən gün saat 19:45 radələrində 1991-ci il təvəllüdlü qadının Mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub:
"Qarnın açıq yarası, budun kəsilmiş-deşilmiş yarası diaqnozları təyin edilən şəxs cərrahi əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağırdır".
-----------
09:27
Sumqayıtda 33 yaşlı qadın qaynı tərəfindən bıçaqlanıb.
Milli.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, oktyabrın 7-də saat 21 radələrində Sumqayıt şəhərində 1980-ci il təvəllüdlü E.Yusifovanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun qaynı, əvvəllər dəfələrlə məhkum olunmuş 1980-ci il təvəllüdlü Rauf Yusifov saxlanılıb.
Fakt araşdırılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun