Kulinariya

Kartof pankeklərinin sadə resepti – Çox ərzaqa ehtiyac yoxdur

7 Oktyabr 2024 21:25
Baxış: 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnternetdə hər zaman qarşımıza çıxan kartof pankeklərinin hazırlanma qaydası əslində çox asandır. Bunun üçün sizə çox şey lazım deyil. 

Milli.Az lent.az-a istinadən kartof pankeklərinin hazırlanma qaydasını təqdim edir: 

Lazım olan ərzaqlar: 

Kartof - 5 ədəd;

Un - 1 stəkan yarım;

Maya - 10 qram;

Zövqə görə duz, istiot;

Su - 120 millilitr

Yumurta - 2 ədəd;

Bitki yağı.

İlk növbədə mayanı ilıq suda həll etmək lazımdır, sonra unu süzüb qarışdırıb qabın üzərini örtün. Maya qalxarkən, kartofun qabığını soyub incə sürtgəcdən keçirdin. Xəmir hazır olduqdan sonra kartof, duz, istiot əlavə edin və xəmiri qarışdırın, sonra yenidən üzərini örtün və 1-1,5 saat gözləyin. Sonra yumurta əlavə edin, qarışdırın və əvvəlcədən isidilmiş tavada bitki yağında hər iki tərəfi qızılı rəng alana qədər pankek formasında bişirin. 

Süfrəyə xama ilə birlikdə təqdim edə bilərsiniz.

Nuş olsun!

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.