Portuqaliyalı məşhur məşqçi Joze Mourinyo "Fənərbağça" klubunda gözlənilən uğuru əldə edə bilməyib və fiaskoya uğrayıb.
Milli.Az xəbər verir ki, cari mövsümdə "Fənərbağça" liqada ilk altı yerdə qərarlaşan heç bir komandaya qalib gələ bilməyib. Mourinyo rəhbərliyindəki komanda "Qalatasaray"a 1:3, "Beşiktaş"a isə 0:1 hesabı ilə məğlub olub. Bununla yanaşı, "Samsunspor" (2:2), "Göztəpə" (2:2) və "Eyüpspor"la (1:1) heç-heçə ediblər.
Hazırda 36 xalı olan və ikinci pillədə qərarlaşan "Fənərbağça" lider "Qalatasaray"dan beş xal geridə qalır.
Bu nəticələr Mourinyonun "Fənərbağça"da hədəflədiyi uğurları əldə etməsini çətinləşdirib.
Fidan
Milli.Az