Maraqlı

Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar

8 Oktyabr 2024 08:38
Baxış: 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Meta"nın təsisçisi və rəhbəri Mark Zukerberq həyat yoldaşı Prisçilla Çan üçün xüsusi avtomobil hazırlatdırıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Mark bu haqda öz feysbuk hesabında məlumat verib.

Belə ki, Mark xanımının istəyi ilə indiyə kimi olmayan unikal "Porsche Cayenne Turbo GT" dizayn etdirib.

Uzun versiya olan avtomobil elektrikli sürüşmə qapılarla təchiz olunub və ailəvi səfərlər üçün nəzərdə tutulub.

Maşının qiymətinin 200 min dollardan çox olduğu bildirilir.

Qeyd edək ki, cütlük 2012-ci ildə ailə qurub. Onların 3 qızı var.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.