Ölkə

Azərbaycan Fransanı bu siyahıdan çıxardı

8 Oktyabr 2024 10:29
Baxış: 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Məclisi Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup yaratmayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" qərar layihəsi müzakirəyə çıxarılıb.

Parlamentin bu gün keçiriləcək plenar iclasına tövsiyə olunan qərar layihəsində Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup yaradılması məsələsi əksini tapmayıb.

Qeyd edək ki, ötən çağırış Azərbaycan parlamentinin Fransa ilə əlaqələr üzrə işçi qrupu Parisin qeyri-konstruktiv mövqe tutması səbəbindən fəaliyyətini yarımçıq dayandırmışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.