Dünya

Jah Xalib Rusiyanın qara siyahısında!

8 Oktyabr 2024 15:04
Baxış: 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan əsilli məşhur qazax reper Jah Xalibin (Bəxtiyar Məmmədov) Rusiyada çıxışı qadağan edilən sənətçilərin qeyri-rəsmi siyahısına daxil edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Verstka" nəşri məlumat yayıb. Bildirilib ki, bu addım Rusiya və Ukrayna arasındakı müharibə fonunda atılıb.

Nəşrə görə, 79 məşhurun adının daxil olduğu siyahı reklam və tədbir agentliklərinə göndərilib. Qadağan edilmiş sənətçilərin siyahısının məsləhət xarakterli olduğu vurğulanıb.

Bu qara siyahıya düşən sənətçilər arasında 31 yaşlı Jah Xalib də yer alıb. Siyahısda Skriptonit, Anna Sedokova, İvan Urqant, İnstasamka, Qaf və digərlərinin adı var.

Maraqlı məqamalrdan biri də "qara siyahı"ya dünya ulduzlarının adının da daxil edilməsidir: Beyonse, Lana Del Rey, Hozier, həmçinin, "Metallica", "Florence and the Machine" qrupları.

Kremlin rəsmi sözçüsü Dmitri Peskov məsələ ilə bağlı açıqlamasında "Bizim siyahı haqqında heç nə bilmirik. Ortalıqda çoxlu saxta siyahılar var" deyə, bildirib. Onun sözlərinə görə, Rusiya və Ukrayna arasındakı vəziyyətlə bağlı tədbirin təşkilatçıları bu cür addımlar ata bilərlər, lakin Kremlin bununla heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, Xalibin həyat yoldaşı İslamı qəbul etmiş ukraynalıdır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.