Ölkə

Deputat: “Məhkəmə sistemində aparılan islahatlar nəticəsində vətəndaşlardan daxil olan şikayətlər azalıb”

8 Oktyabr 2024 15:21
Baxış: 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Təyin olunacaq hakimlər dövlətimizin adından ədaləti qorumaq üçün qərarlar qəbul edəcəklər. Bu çox mühüm məsələdir və əminəm ki, həm Ali Məhkəməyə, həm də Apellyasiya məhkəmələrinə namizədliyi irəli sürülən hakimlər ədaləti təmin edəcəklər". 

Milli.Az bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Hikmət Babaoğlu deyib. 

Onun sözlərinə görə, son illər Ali Məhkəmədə aparılan islahatlar, yeni təyinatlar vətəndaşlardan millət vəkillərinə daxil olan müraciətlərə də təsir göstərib. Yəni məhkəmə qərarları ilə bağlı gələn şikayətlərin sayı azalıb. 

Deputat qeyd edib ki, məhkəmə sisteminin fəaliyyəti yalnız hakimlərdən deyil, həm də vətəndaş cəmiyyətinin hüquqi maarifləndirilməsindən asılıdır: "Ona görə də məhkəmələr də cəmiyyətdə hüquqi maarifləndirilmə işlərini təşviq etməlidirlər. Belə olarsa, vətəndaşlar öz hüquqlarını bilərlər".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.