Maraqlı

72 yaşlı Mik Caqqerin 8-ci övladı olacaq - FOTO

15 İyul 2016 11:09
2 Şərh     Baxış: 3 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur musiqiçilərindən biri, "The Rolling Stones" qrupunun əfsanəvi solisti Mik Caqqer 8-ci övladının dünyaya gəlişini gözləyir.

Milli.Az Hello-ya istinadən bildirir ki, 72 yaşlı Caqqerlə onun qeyri-rəsmi nikahda olduğu xanımı, 29 yaşlı amerikalı balerina Melani Hemrik bunu dünən açıqlayıblar.

Hemriklə Caqqer birlikdə yaşamaq niyyətində deyillər. Övladını dünyaya gətirəndən sonra Hemrik Londonu tərk edərək Los-Ancelesə, yaxud da Konnektikutdakı evinə köçmək niyyətindədir.

Mik Caqqer "American Ballet Theatre"ın solisti, gənc balerina Melani Hemriklə 2014-cü ildə tanış olub. Caqqer sevgilisi, dizayner Loren Skottla elə həmin il vidalaşmışdı.

Deyilənə görə, Mik Caqqer "The Rolling Stones" qrupunun Tokiodakı konsertində Melanini görüb və ona vurulub.

"American Ballet Theatre"in rəqqası Xose Manuel Karreno ilə ailə qurmağa hazırlaşan Melani də ser Mik Caqqerə aşiq olub və toyunu ləğv edərək əfsanəvi musiqiçi ilə yaşamağa başlayıb.

Roker M.Caqqerin iki nikahdan 7 övladı var. O, Corciya Mey, Ceyd, Keris və Elizabet adlı qızların, Lukas, Ceyms və Qebriel adlı oğulların atasıdır. Bununla bahəm, onun 4 nəvəsi və bir nəticəsi var. 2014-cü ildə onun 21 yaşlı nəvəsi Assizi Caqqer ana olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.