Hadisə

Nişan edənlər yasa batdılar: 5 ölü, 5 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

30 Yanvar 2016 13:04
73 Şərh     Baxış: 32 391
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

30.01.2016

13:04

Ağdaşda yol qəzasında həlak olanların adları məlum olub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 29-da saat 19 radələrində Ağdaş rayonunun Nemətabad kəndində Mingəçevir şəhər sakini İlham Mustafayevin idarə etdiyi "Dodge", Nicat Şıxəlizadənin və Əyyub Hüseynovun idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub.
 
Nəticədə Ə.Hüseynov və sərnişinləri - Məmmədirşad Hacıyev, Limon Hacıyeva, Elmira Hacıyeva, habelə İ.Mustafayevin sərnişinlərindən anası Fərqanə Mustafayeva hadisə yerində ölüb, özü və 4 sərnişini, eləcə də N.Şıxəlizadə və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.

---------

00:11

Ağdaş-Mingəçevir yolunda dəhşətli qəza baş verib

Milli.Az bildirir ki, hadisə şahidlərinin ölkə.az-a verdiyi məlumata görə, Ağdaş-Mingəçevir yolunun 14-cü kilometrliyində baş verən qəzada 5 nəfər ölüb. Belə ki, nişandan qayıdan maşın karvanındakı öndə hərəkət "Dodge" markalı avtomobilin sürücüsü Orucov Zaur Eldar oğlu sərxoş vəziyyətdə avtomobili yüksək sürətlə idarə edərək "Niva" markalı avtomobillə toqquşub. Bundan sonra müvazinəti itirən arxadan gələn "VAZ-21015" markalı avtomobil də onlara çırpılıb. Qəza nəticəsində "Niva"da olan 3 şəxs hadisə yerindəcə keçinib. "Dodge" markalı avtomobilin sürücüsü və eyni zamanda bəy olan Orucov Zaur və "VAZ-21015" markalı avtomobildəki sərnişinlərdən biri - Mustafayeva Fərqanə İlham qızı da qəza zamanı vəfat edib.
 
Hadisə şahidlərinin verdiyi məlumata görə, 5 nəfərin də vəziyyəti ağırdır və ölənlərin siyahısında artım olacağı gözlənilir.
 
Yaralılar dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

-----------------

29.01.2016

23:07

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Yevlax rayonu ərazisində 2 "VAZ" və "Dodge" markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Milli.Az-a verilən məlumat görə, dərhal Nazirliyin Aran Regional Mərkəzin xilasediciləri hadisə yerinə cəlb olunub. Nəticədə xilasedicilər "VAZ" markalı avtomobildən 3 nəfərin cəsədini və 1 nəfər yaralını çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 19:45-də başa çatıb.

Milli.Az

---------------

30.01.2016

00:11

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda dəhşətli qəza - nişan karvanı yasa çevrildi: 5 ölü, 5 yaralı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.