Hadisə

Avtoşlar "Beşmərtəbə"ni belə dağıdırlar - VİDEO

1 Sentyabr 2014 12:03
3 Şərh     Baxış: 6 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dairəvi yola tərsinə girən avtoşlar digər maşını vurub qaçdılar

Avtoxuliqanların ən sevimli məkanlarından biri olan "Beşmərtəbə" dairəsində daha bir hadisə baş verib.

Bu dəfə 3 "avtoş" "Beşmərtəbə"də öz məharətini göstərir.

Onlar Daxili İşlər Nazirliyinin qarşısından, yəni Hüsü Hacıyev küçəsindən yüksək sürətlə hərəkət edərək "Beşmərtəbə" dairəsinə daxil olurlar. Lakin hər üç maşın dairəni fırlanmadan düzünə hərəkət edib təhlükə yaradır. Əvvəlcə iki "07" bir-biri ilə ötüşür və dairəyə daxil olarkən düzünə hərəkət etmək istəyir. Bu zaman "07"dən biri idarəetməni itirərək yuxarıdan "Beşmərtə" dairəsinə daxil olan "Opel" markalı avtomobili vurur. Bununla kifayətlənməyən "07"nin sürücüsü maşını geriyə hərəkət etdirib hadisə yerindən qaçır. Digər "avtoş" da onun arxasınca hərəkət edir.

Az sonra onların arxasınca daha bir "avtoş"un gəldiyi görünür. "Lada Priora" markalı bu avtomobil də özündən əvvəlkilərin hərəkətlərini təkrarlayaraq kobud qayda pozuntusuna yol verməklə aradan çıxır. Hər halda, bu görüntülər Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" Mərkəzinin kameralarına həkk olunub.

Avtosfer.az-ın məlumatına görə, artıq hər üç "avtoş" yol polisi tərəfindən aşkarlanaraq barələrində tədbir görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.