Hadisə

Əməkdar jurnalist ölümdən döndü – 7 saatlıq ürək əməliyyatı - FOTO

10 Fevral 2026 09:37
Baxış: 568
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar jurnalist, tanınmış idman şərhçisi, İdman TV-nin keçmiş direktoru Rövşən Binnətlinin səhhətində problem yaranıb.

Manset.az-ın əldə etdiyi məlumata görə, R.Binnətli təcili Respublika Diaqnostika Mərkəzinə aparılıb. Onun səhhətində ciddi problem olduğu üçün təcili reanimasiyaya yerləşdirilərək, əməliyyat olunub. 7 saatdan çox davam edən əməliyyat uğurla nəticələnib.

Açıq ürək əməliyyatı keçirilən R.Binnətlinin səhhətinin hazırda stabil olduğu bildirilir. Tanınmış jurnalistin oğlu Tahir Novruzov Manset.az-a açıqlamasında xəbəri təsdiqləyib:

"Atam ağır ürək əməliyyatı keçirib. Onun ürəyinin bir damarı dəyişdirilib. Hazırda vəziyyəti stabildir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.